Erməni politoloq: “Dövlət sönür, ona görə də hərəkatı gücləndirmək lazımdır”

2022/09/1662189442.jpg
Oxunub: 269     17:51     25 İyun 2024    
“Bir gün (Paşinyan-red.) Ərdoğanla telefon danışığından sonra parlament kürsüsünə çıxıb deyəcək: “Əgər çubuğumuzu bir az da aşağı salsaq, bizə beynəlxalq təhlükəsizlik zəmanətləri və tox qarın sözü verirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, erməni politoloq Vahe Hovhannisyan “Facebook” səhifəsində yazıb.

“O, səhnələşdirilmiş çıxış zamanı deyəcək ki, 1991-ci ildən bəri müstəqillik Rusiyadan asılı olmaq üçün bizə qarşı bir ip kimi istifadə olunur, indi bizim suverenlik əldə etmək imkanımız var və onun siyasi komandası xalqı real suverenliyə aparacaq mandata malikdir”, - deyə o qeyd edib.

Hovhannisyan bildirib ki, Ermənistan cəmiyyətinin böyük bir hissəsi nə baş verdiyini anlamadan susacaq.

Hovhannisyan əlavə edib ki, dövlət sönür, ona görə də hərəkatı gücləndirmək lazımdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin