“Zəmanət var ki, Paşinyan “Səhvim o idi ki, artıq Ermənistanın olmadığını, Qərbi Azərbaycanın olduğunu demədim” deməyəcək?” - Şarmazanov

2024/04/1712176551.jpg
Oxunub: 4961     17:34     25 İyun 2024    
“Bu gün Paşinyan durmadan suverenlikdən danışır, amma zəmanət haradadır ki, bir ildən sonra o, “Mənim səhvim o idi ki, artıq Ermənistanın olmadığını, Qərbi Azərbaycanın olduğunu demədim” deməyəcək?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

“O, “Mənim səhvim o idi ki, Qarabağın mövcud olmadığını, bunun Azərbaycan olduğunu demədim” dedi. Paşinyan Ermənistan haqqında da eyni sözləri deyə bilər”, - deyə Şarmazanov qeyd edib.

O bildirib ki, Paşinyan Azərbaycanın səfiri və ya İlham Əliyevin vəkili funksiyasını öz üzərinə götürdüyünü bir daha göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Azərbaycan  


Bizi "telegram"da izləyin