MBDA “Mistral 3” istehsalı üçün 5 ölkə ilə razılığa gəlib

2024/06/1719215341.jpg
Oxunub: 268     16:23     25 İyun 2024    
Avropa “Mistral 3”ün birgə tədarükü məsələsində irəliləyir.

Ordu.az xəbər verir ki, Fransa, Belçika, Cənubi Kipr, Estoniya və Macarıstan iyunun 19-da “Mistral 3” quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) sisteminin birgə alınması üçün çərçivə əməkdaşlıq sazişi imzalayıb.

Fransa Baş Silahlanma Müdirliyi (DGA) tərəfindən MBDA-nın əsas podratçılığı altında həyata keçirilən saziş tərəfdaş ölkələrə silahlı qüvvələrin tələblərinə cavab verən qabaqcıl satınalma prosesinə çıxış imkanı verir.

Hazırda Fransa ordusu və İspaniya ordusunun istifadə etdiyi “Mistral 3” raketlərinin bu müqavilə ilə 4 yeni istifadəçisinin olacağı bildirilib.

“Mistral 3” raketləri 2022-ci ildən İspaniya ordusu tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Mistral-3  


Bizi "telegram"da izləyin