İspaniya Hava və Kosmik Qüvvələri müasir tarixindəki ən böyük əməliyyat və logistik problemlərdən birinə hazırlaşır

2024/06/2024--1719323941.jpg
Oxunub: 286     17:45     25 İyun 2024    
İspaniya Hava və Kosmik Qüvvələri müasir tarixindəki ən böyük əməliyyat və logistik problemlərdən birinə hazırlaşır.

Ordu.az xəbər verir ki, iyunun sonundan avqustun ortalarına qədər davam edəcək ay yarımlıq bu missiya 4 “Eurofighter” döyüş təyyarəsi və 2 A400M nəqliyyat təyyarəsini Fransa və Almaniyadan gələn təyyarələrlə birlikdə Alyaskadan Avstraliyaya qədər Sakit okean boyunca uçuraraq, Hindistana çatdırmağı hədəfləyir.

Bu hərtərəfli və çətin missiya İspaniya Hərbi Hava Qüvvələrinin (HHQ) uzun mənzilli əməliyyat imkanlarını və Avropa ölkələrinin HHQ-lərinin dünyanın istənilən nöqtəsində proyeksiya qabiliyyətini nümayiş etdirmək üçün təşkil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Hava-Kosmik-Qüvvələri  


Bizi "telegram"da izləyin