KİV: Mark Ruttenin NATO-nun yeni Baş katibi postuna seçilməsi təsdiqlənir

2024/02/1707988871.jpg
Oxunub: 316     12:53     18 İyun 2024    
Mark Ruttenin NATO-nun yeni Baş katibi postuna seçilməsi daha çox təsdiq alır.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, Slovakiya Niderlandın Baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi seçilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Niderland qəzetləri bu gün anonim rəsmi mənbələrə əsaslanaraq yazıb ki, Macarıstan da Ruttenin seçilməsini dəstəkləməyə razılıq vermək üzrədir.

Rutte Brüsseldə Aİ sammiti çərçivəsində Orbanla görüşdükdən sonra jurnalistlərə açıqlamasında “Macarıstan haqqında nikbinəm”, - deyə bildirib.

Qeyd edək ki, Macarıstanın yeni mövqeyi ilə bağlı xəbərlər rəsmi təsdiqlənərsə, Ruttenin seçilməsinə yaşıl işıq yandırmayan yeganə NATO üzvü Rumıniyadır.

Xatırladaq ki, Rumıniya Prezidenti Klaus İohannis da bu posta namizədliyini irəli sürüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin