BMT-nin agentliyi: Fələstinli qaçqınlara ayrılan yardım ayın sonunadək kifayət edəcək

2024/06/1718686780.jpg
Oxunub: 285     01:46     18 İyun 2024    
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ayrılan vəsait ayın sonuna qədər kifayət edir, əlavə maliyyələşdirmə məsələsi açıqdır.

Ordu.az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filippo Lazzarini bildirib.

"Agentliyin iyula qədər vəsaiti var, bundan sonra nə olacağı məlum deyil. Maliyyələşdirmə aylıq aparılır", - Lazzarini deyib.

Agentlik rəhbəri qeyd edib ki, Qəzza zolağının cənubundakı Rəfahda döyüşlər davam edir, İordan çayının qərb sahilində isə "sakit" müharibə gedir və bu, daha da eskalasiyanı təhdid edir. Onun sözlərinə görə, anklavda İsrailin əməliyyatı olmasaydı, buna daha çox diqqət yetiriləcəkdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Fələstin  


Bizi "telegram"da izləyin