Gürcüstanda vacib dəyişiklik və açıq suallar – ANALİZ

2024/03/1710583923.jpg
Oxunub: 450     16:32     16 Mart 2024    
Gürcüstan Rusiya ilə münasibətlərlə bağlı məsələlərə cavabdeh şəxsi dəyişib. Fevralın əvvəlində Baş nazir təyin edilən İrakli Kobaxidzenin qərarına əsasən, Rusiya ilə münasibətlərə cavabdeh olan Zurab Abaşidzeni Georgi Kacaya əvəz edəcək.

Zurab Abaşidze 2012-ci ildən bu vəzifədə idi, onunla Rusiya Federasiyasının nümayəndəsi arasında hər il bir neçə görüş keçirilirdi və bu görüşlərdə xüsusilə 2008-ci ilin beş günlük müharibəsindən sonra yaranan ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilirdi. Yeni nümayəndənin təyin olunması Gürcüstan-Rusiya münasibətlərinin perspektivində yeni siyasət, yeni mərhələ nəzərdə tutur, yoxsa sadəcə olaraq yeni Baş nazirin ideya və yanaşmalarından irəli gələn Gürcüstanın “daxili” təyinatıdır?

Bir şey şübhəsizdir ki, geosiyasi miqyasda cərəyan edən reallıqlar fonunda Gürcüstan-Rusiya münasibətləri məsələsi getdikcə daha qabarıq və kəskin hala gələcək. Bu məsələ isə həm də regionun məsələsidir, region üçün taleyüklü məsələlərdən biridir.

Gürcüstan-Rusiya münasibətləri hara gedəcək, o həddə çatacaqmı ki, Abxaziya dəmir yolu məsələsi gündəmə gələcək? Bununla bağlı mütəmadi olaraq qeyri-müəyyən eyhamlar vurulub, bəyanatlar verilib. Lakin, əlbəttə, bu dəmir yolu məsələsi geosiyasi kontekstin problemidir, çünki bu, təkcə hərbi-siyasi və coğrafi mənada deyil, həm də konseptual-fəlsəfi mənada əsaslı şəkildə Qafqaz status-kvosu ilə bağlı olacaq.

Gürcüstanda bir təyinat, bir kadr dəyişikliyi ilə bağlı belə uzağa gedən nəticələr çıxarmaq mümkündür, yoxsa yox? Əlbəttə, bu, açıq sualdır, lakin buna mənfi cavab belə heç də Gürcüstan məsələsinin açılmasını, zamanla daha geniş şəkildə açılacağını ləğv etməyəcək və regionun da bunu geniş bağlanmış yox, geniş açılmış gözlərlə izləməsi lazımdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin