Beynəlxalq forum iştirakçıları Ağdamda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - YENİLƏNİB (FOTOLAR)

2023/12/44242-1701944528.jpg
Oxunub: 6835     13:52     07 Dekabr 2023    
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları Ağdam rayon Baş Qərvənd kəndi ərazisində minadan təmizlənmiş əraziyə baxış keçiriblər.

Ordu.az xəbər verir ki, bir neçə ölkədən 15 beynəlxalq ekspert və yerli QHT nümayəndələri ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

***

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdamda mina və partlamamış hərbi sursatlarla çirklənən ərazilərdə minaların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.

Ordu.az-ın verdiyi xəbərə görə, forum iştirakçılarına minatəmizləmə qrupu tərəfindən təmizlənən ərazilər və tapılaraq zərərsizləşdirilən mina, eləcə də partlamamış hərbi sursatlar barədə məlumat verilib.

Qeyd edək ki, forum iştirakçılarına 12 300 hektar təmizlənən ərazidən 1 377 tank, 1 809 piyada əleyhinə mina, 14 504 partlamamış hərbi sursat aşkarlanaraq məhv edilməsi barədə məlumat verilib.

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdamda mina və partlamamış hərbi sursatlarla çirklənən ərazilərlə tanış olublar.

Ordu.az-ın verdiyi xəbərə görə, forum iştirakçıları tədbirin proqramına uyğun olaraq minalarla çirklənmiş ərazilərlə tanışlıq məqsədilə işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisindəki minatımizləmə sahəsində olublar.

Qeyd edək ki, qonaqlara ərazilərin təmizlənməsində istifadə edilən vasitələrlə bağlı məlumat verilib. Qeyd edilib ki, ərazilərin təmizlənməsində qadın minaaxtarnların da fəaliyyətindən istifadə olunur.

***

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdiriləcək.

Ordu.az-ın verdiyi məlumata görə, forumda Agentliyin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Ombudsman Aparatının rəhbər müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak edirlər.

Forumdan öncə iştirakçılar dağıdılan Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidləri, mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələr müzakirə ediləcək.

Proqrama uyğun olaraq Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində minatəmizləmə işlərinin aparıldığı sahəyə baş çəkiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Beynəlxalq-forum   Ağdam   Mina  


Bizi "telegram"da izləyin