Ermənistan-KTMT ipi incəlməkdədir – Bəs məsuliyyət kimin üzərindədir?

2023/11/1700564182.jpg
Oxunub: 6046     20:21     21 Noyabr 2023    
KTMT-nin baş katibi bəyan edib ki, İrəvan KTMT-yə müraciət edərək, Ermənistana yardım paketinin təşkilatın gündəliyindən çıxarılmasını istəyib.

KTMT-nin baş katibi müraciətin nə vaxt edildiyini açıqlamasa da, görünür, söhbət yeni vəziyyətdən gedir, çünki son zamanlara qədər müxtəlif fürsətlərlə KTMT rəsmiləri və ya Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri səviyyəsində İrəvana yardım paketinin gündəmdə olduğu və bunun üzərində işlərin davam etdiyi barədə açıqlamalar verilirdi.

İndi isə məsələnin gündəmdən çıxarıldığı rəsmən açıqlanıb. Diqqətəlayiqdir ki, bu bəyanat Ermənistanla Aİ-nin müşahidəçilər missiyasının Ermənistandakı missiyanın statusu haqqında saziş imzaladığı gün verilib. Bununla, Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, missiya iştirakçılarının fəaliyyətinin təmin edilməsi şərtləri müəyyən edilir, xüsusilə hüquqi, sağlamlıq və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarının fəaliyyəti üçün xarakterik olan digər məsələlər aydınlaşdırılır.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Avropa İttifaqının komissarı Borel Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə təsdiqlənmiş missiyanın sayını artırmaq niyyətini açıqlamışdı. Məgər bu hal İrəvana KTMT-nin yardımı imkanından nəhayət imtina etmək üçün əsas və ya inam verib? Dəqiq demək çətindir, çünki Ermənistanla KTMT münasibətləri sahəsində son həftələr bəlkə də ən əhatəli hadisələr cərəyan edir ki, bu da İrəvanın Ermənistana yardım məsələsinin gündəmdən çıxarılmasını xahiş etməsi ilə özünü göstərir.

Buna paralel olaraq, İrəvan, əlbəttə ki, hələlik yalnız Təhlükəsizlik Şurasının katibi səviyyəsində və ekspert auditoriyası qarşısında bloklara qoşulmama statusu məsələsini qaldırır, lakin bu, bəlkə də əhval-ruhiyyə və reaksiyalara toxunmaq cəhdidir. Ermənistan KTMT üzvlüyünün dayandırılması məsələsini müzakirə etmədiyini bəyan etsə də, belə qənaətə gəlmək üçün əsas var ki, Paşinyan bu yaxınlarda Belarus Prezidenti Lukaşenko ilə telefon danışığı zamanı Minskdə baş tutacaq KTMT Assambleyasına getməyəcəyi barədə məlumat verərkən belə bir ehtimaldan danışıb.

Hər halda, telefon danışığının təfərrüatlarını təqdim edən Lukaşenkonun mətbuat katibi qeyd edib ki, Belarus Prezidenti Ermənistanın Baş nazirinə mühüm qərarlar qəbul edərkən tələsməməyi tövsiyə edib. Əlbəttə, istisna deyil ki, söhbət üzvlükdən deyil, KTMT yardımının təşkilatın gündəliyindən çıxarılması qərarından gedir.

Bütün hallarda Ermənistan-KTMT ipi faktiki olaraq incəlməkdədir və İrəvan faktiki olaraq ipin incəlməsi məsuliyyətini öz üzərinə götürür.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin