Vətən müharibəsi şəhidi Turqut Zeynalov anılıb - FOTOLAR

2023/08/2-1692552962.jpg
Oxunub: 2635     21:34     20 Avqust 2023    
44 günlük Vətən Müharibəsi zamanı Bərdə rayonunun ilk şəhidi olan Turqut Fikrət oğlu Zeynalov anılıb.

Ordu.az xəbər verir ki, şəhidin doğum günü onun məzarı üstündə böyük izdihamla qeyd edilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin məzarı üstündə çıxış edənlər, Turqut və onun şəhid olan silahdaşlarının düşmən qarşısında göstərdikləri qəhrəmanlıqdan bəhs edib, hər kəsə örnək olduqlarını ifadə ediblər.

Daqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Bərdə  


Bizi "telegram"da izləyin