Şəhid Ceyhun Əyyubovun ev muzeyinin açılışı olub - FOTOLAR

2023/08/36762-1692186917.jpg
Oxunub: 3139     13:03     17 Avqust 2023    
Azərbaycan ordusunun şəhid zabiti Ceyhun Əyyubovun ev muzeyinin açılışı olub.

Ordu.az xəbər verir ki, şəhidin adına inşa edilən ev muzeyi Yevlax şəhərində onun adını daşıyan küçədə, vaxtı ilə yaşadığı evin həyətində inşa edilib. Muzeyin açılışı münasibətilə keçirilən tədbirdə təhsil aldığı şəhər 4 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, şəhidin döyüş dostları yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Valideynlərinin təşəbbüsüylə inşa edilən muzeydə şəhidin şəxsi əşyaları, onun kursant olduğu və hərbi xidmət etdiyi dövürlərin hərbi geyimləri, zabit mundirləri, fotoları digər əşyaları sərgilənir.

Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub. Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Ceyhun Əyyubov 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib, 2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri kimi xidmətimni davam etdirib. Azərbaycan Ordusunun baş leytenantı olan Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı qüvvələrinə qarşı aparılan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.

Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıyla Ceyhun Əyyubov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan ordusu yaranmasının “100 illik yubileyi” medalı və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Daşqın Güneyli, Yevlax
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Ceyhun-Əyyubov   Ev-muzeyi  


Bizi "telegram"da izləyin