Kanada silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün Türkiyə ilə danışıqlar aparır

2023/07/1689400693.jpg
Oxunub: 4405     14:08     15 İyul 2023    
Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra Kanada Türkiyə ilə Pilotsuz Uçuş Aparatı (PUA) hissələrinə ixrac nəzarətini aradan qaldırmaq üçün danışıqları davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə danışıqlarla tanış olan və adı qeyd olunmayan şəxs bildirib.

Mənbə bu addımın Türkiyənin təsdiqi müqabilində qazanılan bir neçə güzəştdən biri olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin üzvlük iddiasına “yaşıl işıq” yandırması hətta bəzi NATO müttəfiqləri üçün də sürpriz olub.

Ərdoğanın NATO-nun Vilnüs sammitindən əvvəl açıqlanan qərarından dərhal sonra Vaşinqtondan ABŞ-nin Konqreslə məsləhətləşərək F-16 döyüş təyyarələrinin təhvil verilməsini davam etdirəcəyi ilə bağlı açıqlama gəlib.

Türkiyənin müdafiə sənayesi üçün potensial əhəmiyyətli bir addım olaraq, NATO üzvü Kanada optik avadanlıqlar da daxil olmaqla, PUA hissələrinə ixrac nəzarətini aradan qaldırmaq üçün danışıqlara yenidən başlamağa razılaşıb.

Danışıqlardan xəbəri olan şəxs təfərrüatları media ilə müzakirə etmək səlahiyyəti olmadığı üçün kimliyini açıqlamaqdan imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin