Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib - FOTOLAR

2023/05/aa2da-1683879953.jpg
Oxunub: 7401     12:20     12 May 2023    
Əlahiddə Ümumqoşun Ordunun “2023-cü il döyüş hazırlığı planı”na əsasən birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib.

Ordu.az xəbər verir ki, toplantı zamanı ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi, xüsusi, kütləvi qırğın silahlarından mühafizə hazırlığından və kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki bilik və bacarıqlarının artırılması məqsədilə məşğələlər təşkil olunub.

Məşğələlərdə radiasiya və kimyəvi şəraitdə nəzarətin təşkili, tüstü maskalanmanın həyata keçirilməsi, döyüş sahəsində kimyəvi zəhərlənməyə məruz qalmış heyətin təxliyyəsi və bir sıra digər fəaliyyətlərin metodikası praktiki olaraq məşq etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Əlahiddə-Ümumqoşun-Ordu  


Bizi "telegram"da izləyin