Türkiyə Respublikası Milli Müdafiə Universitetinin nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir - FOTOLAR

2023/05/79152-1683800743.jpg
Oxunub: 3659     14:18     11 May 2023    
Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qardaş ölkənin Milli Müdafiə Universitetinin Quru Qoşunları İnstitutu, Hərbi Hava Qüvvələri İnstitutu və Hərbi Dəniz Qüvvələri İnstitutunun rəhbər heyəti və dinləyicilərindən ibarət nümayəndələr Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Sonra türkiyəli qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutu, Komando hərbi hissəsini və Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.

Ziyarət zamanı hərbi hissə və müəssisələrin tarixi və əsas fəaliyyət istiqamətləri barədə türkiyəli qonaqlara brifinqlər verilib, istifadədə olan silah və texnika təqdim edilib, həmçinin komandoların nümunəvi çıxışları nümayiş etdirilib.

Səfər müddətində həmçinin qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotoları çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin