Ümummilli Liderin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hərbi liseyə media-tur təşkil edilib - FOTOLAR

2023/05/f628a-1683727089.jpg
Oxunub: 6462     17:37     10 May 2023    
Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil edilib.

Media nümayəndələri hərbi liseyin ərazisindəki Heydər Əliyev muzeyi, tədris korpusu və digər inzibati binalarda çəkilişlər aparıblar. Həmçinin liseyin kursant və müəllim heyətindən, eləcə də məzunlarından müsahibələr alınıb.

Ordumuzun peşəkar kadrlarla təmin olunmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi liseyin müstəsna rolu vardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin