Biləsuvarda Şəhidlər Xatirə Parkının açılışı olub - FOTOLAR

2023/05/5296b-1683720255.jpg
Oxunub: 6128     15:58     10 May 2023    
Biləsuvar rayonunun Ağalıkənd kəndində şəhidlərin xatirəsinə həsr olunan Şəhidlər Xatirə Parkının açılışı olub.

Ordu.az-ın məlumatına görə, mərasimdə şəhidlərin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Ağalıkənd kəndi Birinci Qarabağ müharibəsində 2, Vətən müharibəsində 6, Sentyabr döyüşlərində isə 1 şəhid verib.

Xatirə parkında yerləşən lövhədə Birinci Qarabağ müharibəsi şəhidləri - Coşqun Qurbanov və İmanverdi Hüseynov, İkinci Qarabağ müharibəsi şəhidləri - Ruslan Qurbanov, Osman Bayramov, Surac Sadıqov, Elmar Mirzəyev, Ziyəddin Xanaliyev və Əlyar Məmmədov, eləcə də Sentyabr döyüşləri şəhidi Məhəmməd Məmmədovun adları, fotoları və onlar haqqında məlumatlar öz əksini tapıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Biləsuvar   Şəhidlər-Xatirə-Parkı  


Bizi "telegram"da izləyin