Ermənistan-Fransa münasibətlərinin epitafı – İrəvan odla oynayır

2023/02/1676797881.jpg
Oxunub: 8558     17:10     19 Fevral 2023    
Fransa prezidenti Emmanuel Makron bir daha bəyan edib ki, Fransa həmişə Ermənistanın yanında olacaq. Makronun aktiv ermənipərəst mövqeyindən, habelə Qafqazdakı məsələlərə obyektiv münasibət sərgiləməməsindən uzun-uzadı danışmağa ehtiyac yoxdur. Lakin sual yaranır, Fransa maddi və ya mənəvi baxımdan Ermənistanın yanında necə olacaq? Ermənistanda bu məsələ hər zaman müzakirə mövzusudur.

Burada yalnız Fransanın mövqeyi deyil, bütün Qərbin mövqeyi müzakirə olunur. Rasional düşüncə bizə region ölkələrinin öz problemlərini daxillərində həll edərək, hərbi-siyasi toqquşmalardan yayınmağı məsləhət görür. Öz resursları və məqsədləri, strateji-taktiki ambisiyaları və istəkləri ilə regiondan kənarda olan güclər varlıqlarını əsasən risklər və çağırışlarla hiss etdirir.

Məhz bu çərçivədə regionda qüvvələr balansını dəyişdirməyə çalışan İrəvan və Paris bunu hansı səviyyədə, hansı effektivlik və məqsədlə, ən əsası, hansı institutlaşma ilə etməyi düşünür? Fransanın bölgəyə müdaxiləsi məqsəd və effektivlik baxımından Rusiyaya qarşı yönəlib və yalnız daha böyük döyüş əməliyyatları teatrının açılmasına kömək edə bilər. Bu baxımdan, effektivlik və məqsəd Ermənistanın yalnız Suriya modelində “institutlaşmasına” töhfə verə bilər. Bu fonda, Aİ missiyası daxilində fransız jandarmları, silahlandırılma və ya digər bu kimi təxribatlar sadəcə epitafdır. Üstəlik, bu riskli addımlar münasibətlərin perspektivi istiqamətində yalnız dağıdıcılığın institusionallaşdırılmasına xidmət edir. Və əgər bənzər dağıdıcı institusionallaşdırma baş versə, o zaman Ermənistanla obyektiv perspektivlərə sahib olacağımızı düşünmək sadəlövhlük olacaq.

Bütün bunlara baxmayaraq, Ermənistan və Fransa münasibətlərini böyük ehtimalla heç vaxt strateji səviyyəyə daşıya bilməyəcək. Çünki istənilən dövlətlərarası münasibətlərin sütunu mövcuddur, yəni bu gün Emmanuel Makron prezident olsa da, sabah o, bu sahədə karyerasını başa vuracaq və tarixə çevriləcək. Hər bir halda, Ermənistan və Fransanın indiki və sonrakı istənilən administrasiyası münasibətlərini region ölkələrinə təsir göstərəcək şəkildə, dağıdıcı xarakterdə qurmamalı, sabit inkişafa töhvə verəcək şəkildə formalaşdırmalıdırlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin