Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə 1 milyard dollar sərmayə qoyacaq

2025/03/where-1742379143.jpg
Oxunub: 170     07:54     05 İyun 2026    
Yaponiya və ABŞ beş il ərzində elmdə süni intellektin inkişafına birlikdə 1 milyard dollar sərmayə qoymaq barədə razılığa gəliblər.

Ordu.az-ın xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.

Onun sözlərinə görə, söhbət süni intellekt və elmi tədqiqatlar sahəsində Yaponiya və Amerika proqramlarının inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlıqdan gedir.

M.Kihara qeyd edib ki, müqaviləyə genişmiqyaslı birgə tədqiqat, inkişaf, eləcə də hesablama infrastrukturunun gücləndirilməsi və hesablama resurslarının paylaşılması daxildir.

O əlavə edib ki, əməkdaşlıq həmçinin kvant texnologiyaları, termonüvə sintezi, biotexnologiya və kritik materialların inkişafını da əhatə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ABŞ  


Bizi "telegram"da izləyin