Ordu.az-ın məlumatına görə, ABŞ lideri bunu Ağ Evdə jurnalistlərə bildirib.
O, Mənzil Maliyyələşdirmə Agentliyinə rəhbərlik edən U.Pultenin Milli Kəşfiyyat İdarəsinin müvəqqəti direktoru təyin olunduğunu bildirib.
"Bu, müvəqqəti vəzifədir və o, bu vəzifəni daimi əsasda icra etməyəcək. Çünki düşünmürəm ki, o, bu vəzifəni daimi əsasda icra etmək istəyir", - Tramp deyib.
O, həmçinin qeyd edib ki, administrasiya hazırda bu vəzifəyə namizədlərlə müsahibələr aparır.
Ordu.az