ABŞ bombardmançı təyyarələri İngiltərədəki bazadan təlim uçuşları həyata keçirib

2026/06/1780341642.jpg
Oxunub: 177     08:44     05 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki strateji B-1B Lancer bombardmançısı Böyük Britaniyadakı "Fairford" qabaqcıl aviabazasından növbəti təlim uçuşları həyata keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Military Air Tracking Alliance (MATA)" resursu bildirib.

İranla atəşkəs razılaşmasına baxmayaraq, son günlərdə Amerika ağır bombardmançı təyyarələri qrupları hazırlığı qorumaq üçün gündəlik uçuşlar həyata keçirir. Bu uçuşlar təxminən 9-10 saat davam edir. Bu müddət ərzində təyyarələr İngiltərədən Yaxın Şərqə və geriyə doğru məsafənin böyük hissəsini qət edə bilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə  


Bizi "telegram"da izləyin