Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, İran üçün Ermənistanla sərhəd çox vacibdir.
“İran üçün Ermənistanla sərhəd həlledicidir, digər tərəfdən Ermənistan sərhədi həm də Avrasiya İqtisadi Birliyi ilə sərhəddir. Burada da hər şey aydın olmalıdır, bu, bir daha Türkiyəyə birbaşa xəbərdarlıq idi. Zəngəzur dəhlizi Ermənistanın müdaxiləsi olmadan Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə kimi başa düşülməlidir. İran bəzi səbəblərə görə buna qarşıdır”, - deyə Danielyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az