Silahlı Qüvvələr Günü münasibətilə mediaturlar təşkil edilib - VİDEO

2022/06/1656074494.jpg
Oxunub: 625     16:35     24 İyun 2022    
26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə mediaturları təşkil edilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, mediaturlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.


Media nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə, eləcə də Azərbaycan Ordusunun dövlət sərhədində yerləşən döyüş mövqelərində olublar, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

Hərbi qulluqçularımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   SQ  


Bizi "telegram"da izləyin