Ordu.az xəbər verir ki, müqavilə Parisdə keçirilən “Eurosatory” müdafiə sərgisində imzalanıb.
Şirkət bildirir ki, “PackBot 525” beynəlxalq müştərilər üçün istehsal etdiyi ən müasir robotdur. Bu sistem Əfqanıstan mağaralarında və əldəqayırma partlayıcı qurğularla (İED) dolu İraq yollarında effektiv istifadə edilib.
27 kiloqram çəkisi olan robotun bomba zərərsizləşdirilməsi və yaxından müşahidə kimi tapşırıqları yerinə yetirərkən hərbi hissələrin təhlükəsizliyini təmin edə biləcəyi bildirilir.
Alman ordusuna tədarüklər iyul ayına planlaşdırılır. 2001-ci ildən fəaliyyət göstərən “PackBot” hazırda 57 ölkədə istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az