“Eurosatory 2022”: Almaniyanın “Rheinmetall” şirkəti HHM sistemlərini təqdim edib

2022/06/Germa-1655493581.jpg
Oxunub: 7799     16:35     18 İyun 2022    
Almaniyanın nüfuzlu “Rheinmetall” şirkəti “Eurosatory 2022” sərgisində istehsal etdiyi Hava Hücumundan Müdafiə (HHM) sistemlərini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sərgidə hava hücumundan müdafiə üçün konfiqurasiya edilmiş, “Sykranger 30” qülləsi və “yer-hava” raket buraxılış qurğusu ilə təchiz edilmiş “Boxer” təkərli zirehli avtomobil nümayiş etdirilib.

Həmçinin 35 mm-lik “Mk3 Revolver” silahından, AESA radarından ibarət “Skynex” HHM sistemi də təqdim olunub.

“Skyranger 30” gələcək hava təhdidlərinin tam spektrinin qarşısını almaq üçün nəzərdə tutulmuş hibrid həlldir. Burada 30 mm-lik avtomatik top, idarə olunan raketlər və gələcəkdə yüksək enerjili lazerdən (“Skyranger 30 HEL” variantı) istifadə oluna bilər.

“Skyranger 30” hava məkanını avtonom şəkildə izləyə, eyni zamanda yaranan təhlükələrə cavab olaraq optimal effektor seçə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Revolver   Almaniya  


Bizi "telegram"da izləyin