“Eurosatory 2022”: THeMIS döyüş robotları yeni döyüş modulları ilə nümayiş etdirilib

2022/06/Horne-1655493519.jpg
Oxunub: 7245     17:49     18 İyun 2022    
Fransanın uzaqdan idarə edilən silah sistemləri istehsalçısı olan “Hornet” şirkəti və Avropanın aparıcı robot və avtonom sistemlər istehsalçısı olan “Milrem Robotics” şirkətləri “Eurosatory 2022” sərgisində THeMIS döyüş robotlarını yeni döyüş modulları ilə təqdim ediblər.

Ordu.az xəbər verir ki, robotlarda Fransa şirkəti tərəfindən istehsal edilən “Hornet” döyüş modulları quraşdırılıb.

“Hornet” uzaqdan idarə olunan döyüş modulları Fransanın 4x4 və 6x6 zirehli maşınlar istehsal etmək üçün başladılan “Scorpion” proqramı çərçivəsində hazırlanıb. Silahlar robotlar üçün unikal xüsusiyyətlər təklif edir.

THeMIS əsasən hərbi tətbiqlər üçün nəzərdə tutulmuş və Estoniyanın “Milrem Robotics” şirkəti tərəfindən hazırlanmış döyüş robotudur. Əsas məqsədi bazanın logistikasını dəstəkləmək və cəbhə xəttindəki döyüş bölmələri üçün tədarükünü təmin etməkdir.

Robotlar yüngül və ya ağır pulemyotlarla, 40 mm qumbaraatanlarla, 30 mm-lik toplarla və Tank Əleyhinə Raket Sistemləri ilə təchiz oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Robot  


Bizi "telegram"da izləyin