“Eurosatory 2022”: Almaniya “Fuchs” zirehli maşınlarının yeni versiyasını təqdim edib

2022/06/euros-1655493388.jpg
Oxunub: 7584     16:37     18 İyun 2022    
Almaniyanın “Rheinmetall” şirkəti ilk dəfə “Fuchs/Fox” təkərli zirehli döyüş maşınlarının yeni versiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat “Eurosatory 2022” sərgisində baş tutub.

Hündür tavana malik olan 6x6 təkər formullu yeni versiya tam əməliyyat spektrini əhatə edən geniş imkanlara malikdir.

Yeni konfiqurasiyada olan platforma komanda-qərargah maşınından tutmuş zirehli təcili yardıma qədər müxtəlif vəzifələrdə xidmət edə bilər.

Tavanın hündür olması maşında salonun həcmini artırıb. Salonun həcmi indi on iki kubmetr təşkil edir, daxili gündürlük 1,26 metrdən 1,60 metrə qalxıb. Yeni “Fuchs/Fox”un zirehli təcili yardım versiyası ikisi uzanmış və ikisi oturmuş dörd yaralı şəxsi daşıya bilər

“Fuchs/Fox” zirehli maşınları 1979-cu ildən bəri Almaniya ordusunda istifadə edilir. Maşınların yüzdən çoxu Əfqanıstanda yerləşdirilmişdi. Bu günə qədər təxminən 1600 ədəd “Fuchs/Fox” maşınları istehsal edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   FOX  


Bizi "telegram"da izləyin