Ordu.az xəbər verir ki, tanklara Belçikanın “John Cockerill” şirkəti tərəfindən hazırlanan “Cockerill 3105” döyüş modulları inteqrasiya olunub.
Yeni döyüş modulları ilə “Leopard 1” kimi köhnə platformaların çəkisi azalıb, manevr qabiliyyəti artıb.
Bu ilin mart ayında tanklar yeni döyüş modulu ilə sınaqdan keçirilib.
“Leopard 1” Almaniyada dizayn edilmiş və 1965-ci ildə Alman ordusu ilə birlikdə istifadəyə verilmiş əsas döyüş tankıdır.
Sevinc Əliyeva
Ordu.az