“Eurosatory 2022”: Almaniya şirkəti hərbçilər üçün nəzərdə tutulan tibbi sığınacaqlar nümayiş etdirib

2022/06/Rhein-1655491262.jpg
Oxunub: 4563     14:50     18 İyun 2022    
Almaniyanın “Rheinmetall” şirkətlər qrupuna daxil olan ZMS müəssisəsi “Eurosatory 2022” sərgisində tibbi xidmət avadanlıqlarını nümayiş etdirib.

xəbər verir ki, şirkət xüsusi sığınacaqlar, mobil tibb məntəqələri, nəqliyyat vasitələri və mövcud infrastruktur üçün tibbi xidmət dəstləri, səhra xəstəxanları hazırlayır.

Şirkət 2022-ci ilin mart ayında Almaniya ordusunun Malidəki hərbçiləri üçün səhra xəstəxanaları hazırlayıb. Malinin Qao şəhərindəki qabaqcıl əməliyyat bazası olan “Camp Castor”da səhra xəstəxanası üçün ən müasir tibbi texnologiyalar təchiz edilib.

Sifarişlər ilin ikinci yarısında təhvil veriləcək və Malidə inteqrasiya daha sonra həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Mali  


Bizi "telegram"da izləyin