Ordu.az xəbər verir ki, SSW40-ın həm çəkisi, ölçüləri, həm də idarə olunması hücum tüfənglərinə bənzəyir.
SSW40 (Heyətə Dəstək Silahı) bütün mövcud 40 mm sursat növlərini atəşə tuta bilər.
Silahın əsas sursatı “Rheinmetall” şirkətinin MV sursatlarıdır. Bu sursatlar əhəmiyyətli dərəcədə artan sürətə və düz trayektoriyaya malikdir, bu da hədəfləri daha tez nişan almağa imkan verir və sistemin effektiv məsafəsini 900 m-ə qədər artırır.
Sevinc Əliyeva
Ordu.az