“Eurosatory 2022”: Kanada 8x8 təkər formullu “Rila” PDM-lərini nümayiş etdirib

2022/06/Disco-1655489760.jpg
Oxunub: 5174     12:52     18 İyun 2022    
Kanadanın IAG (International Armored Group) şirkəti “Eurosatory 2022” sərgisində 8x8 təkər formullu “Rila” piyada döyüş maşınlarını (PDM) nümayiş etdirib.

Ordu.az xəbər verir ki, PDM konfiqurasiyasında yeni “Rila” yüksək səviyyəli hərəkətlilik, müdafiə və atəş gücünü birləşdirən yeni nəsil döyüş maşınıdır.

Avtomobilin döyüş çəkisi 36 tondur və gövdə 4A/4B STANAG 4569 səviyyəsinə qədər ballistik və minalardan müdafiəni təmin edir. 9 nəfəri daşıya bilir.

Sərgidə “Rila” İspaniyanın “Escribano” şirkəti tərəfindən hazırlanmış “Guardian 30” uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilib. Modul “Bushmaster Mk44” 30 mm avtomatik top və bir 7,62 mm koaksial pulemyotla silahlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Kanada  


Bizi "telegram"da izləyin