Paşinyan Ermənistanda illərdir formalaşmış qorxulu “tabu”ları açır – BAXIŞ BUCAĞI

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 8380     16:49     14 Aprel 2022    
“Əgər biz əvvəllər Qarabağın statusunu təhlükəsizlik təminatları və hüquqlar üzərində əsaslandırırdıqsa, indi təhlükəsizlik təminatlarını və hüquqları əsaslandırırıq. Başqa sözlə, biz bildiririk ki, bu vəziyyətdə status-kvo məqsəd deyil, Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək vasitəsidir”. Bunu Ermənistan parlamentində bu ölkənin Baş naziri Nikol Paşinyan deyib. Praktikada bu bəyanat Ermənistanın siyasi yanaşmalarının müəyyən konseptual xarakterində ən azı əsaslı dəyişiklik olduğunu göstərir.

Paşinyanın açıqlaması nə deməkdir? Bu o deməkdir ki, İrəvan təhlükəsizlik tədbirləri və təminatlar qarşılığında statusla bağlı iddialarından əl çəkir?

Paşinyan bəyan edib ki, beynəlxalq aktorlar Ermənistanı beynəlxalq dəstək almaq üçün status məsələsini aşağı salmağa çağırırlar, əks halda onlar deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün təhlükəlidir.

Əslində Nikol Paşinyan yumşaq bir şəkildə Ermənistan cəmiyyəti üçün toxunulmaz olan “sakral” mövzuları, siyasi “tabuları” açır, bunların Ermənistanda illər boyu müzakirəsi siyasi ölümə bərabər ola bilərdi.

Eyni zamanda, Paşinyanın praktiki olaraq başqa çıxış yolu yoxdur, xüsusən də həm əvvəlki rüb əsrin dalana dirənməsi dərsi, həm də müharibə şəklində baş verən ağır dərs ictimai mövqelərin formalaşdırılması baxımından siyasi “tabuları” aradan qaldırmağa səbəb olub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin