Lavrov deyib ki, ABŞ və Fransa Minsk Qrupu çərçivəsində birgə işləməkdən imtina ediblər. Rusiya xarici işlər naziri bəyan edib ki, bu yolla ABŞ və Fransa Ermənistanın maraqlarını, regional sabitlik və təhlükəsizlik maraqlarını özlərinin “rusofob” məqsəd və prioritetlərinə qurban verirlər. Lavrov bildirib ki, bu, onların öz seçimidir.
Lavrovun bəyanatı sürpriz olub, çünki Fransa və ABŞ-ın Minsk Qrupundan imtina etməsi barədə heç bir məlumat yoxdur. Rusiyanın xarici işlər nazirinin bəyanatı Ermənistanın xarici işlər naziri Mirzoyan üçün də sürpriz olub və o, cavabını hətta bir qədər qeyri-peşəkar tonda səsləndirib və bildirib ki, Azərbaycanın Minsk Qrupunun həmsədrliyini lazımsız elan edib.
Mirzoyanın sözlərinə görə, o, digər həmsədr ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan mütəmadi olaraq Minsk Qrupunun həmsədrliyi ilə bağlı siqnallar alır.
Lavrov Ermənistan xarici işlər nazirinin etirazına cavab verib, Azərbaycandan belə bəyanatlar eşitmədiyini, onlarla tanış olmadığını, lakin Fransa və ABŞ-ın həmsədrlikdə üstünlük təşkil etdiyi üçün Rusiya ilə işləməkdən imtina etdiyini qeyd edib. Mətbuat konfrasında Fərrux hadisələrində də danışılıb. Lavrov bəyan edib ki, Rusiya hərbçiləri baş verənlərin bütün hallarını aydınlaşdırır və bu, hələ ki, onlar üçün tam aydın deyil.
Lavrov “erməni tərəfdaşların Rusiya sülhməramlılarına güvəndiyinə” “əmin olduğunu”, onların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırmanın və onların məsuliyyətə cəlb olunması ilə bağlı bəyanatların “erməni xalqının, Ermənistan rəhbərliyinin” buna meylini əks etdirmədiyini bildirib. Sülhməramlıların fəaliyyətinin araşdırılmasının zəruriliyini rəsmi İrəvanın özü tərəfindən deyildiyini nəzərə alsaq, Lavrovun bəyanatı kifayət qədər kəskindir. Ermənistan hökumətinin məlumatına görə, Paşinyan bu barədə Putinlə iki telefon danışığı zamanı danışıb.
Əslində, Lavrovun rəsmi İrəvanın sualından narazı olduğu üzə çıxır. Sual yaranır ki, Lavrov Kremlin narazılığını ifadə edir, yoxsa İrəvanla təmaslarda müəyyən suallar və problemlər var? Təbii ki, Rusiyanın xarici işlər nazirinin Ukraynadakı hərbi kampaniyası fonunda Rusiyanın düşdüyü situasiyadan ümumilikdə əsəbi olduğu istisna edilmir. Hər halda bu əsəbilik Ermənistanın xarici işlər naziri ilə mətbuat konfransı zamanı dilə gətiriləndə, bu, Ermənistan üçün problemli olur.
Ararat Mirzoyan sülhməramlı missiya ilə bağlı İrəvanın mövqeyini bir daha təsdiqləyib. Mirzoyan bəyan edib ki, Ermənistan “rus sülhməramlılarının vəziyyəti martın 23-dəki status-kvoya qaytara biləcəklərinə inanmaqda davam edir”. Elə bir vaxt gələcək ki, Ermənistan buna inanmağı dayandıracaq, belə olan halda İrəvan nə edəcək? Bunlar kifayət qədər çətin məsələlərdir. Lakin Mirzoyan-Lavrov birgə mətbuat konfransı göstərdi ki, bu problemlər mövcuddur.
Asif Cəfərov
Ordu.az