Ermənistanda iqtisadi nəticələr ətrafında ciddi manipulyasiya – Tükənmə davam edir

2020/08/15846-1598078990.jpg
Oxunub: 4936     15:54     05 Fevral 2022    
COVID-19 epidemiyasının iqtisadi nəticələrinin bərpasını qiymətləndirmək üçün sadə məntiq ən azı 2021-ci ilin iqtisadi artımının müqayisəsini tələb edir. Müxtəlif ölkələrin iqtisadi dirçəliş göstəricilərini müqayisə edərkən bu sadə məntiqi nəzərə almaq lazımdır.

Rəsmi statistikaya görə, 2021-ci ildə Ermənistanda 5,8% iqtisadi artım qeydə alınıb ki, bu da 2020-ci ildə qeydə alınan iqtisadi azalma indeksindən (-7,4%) təxminən 2 faiz bəndi aşağıdır.

Ermənistan COVID-19 epidemiyasının iqtisadi nəticələrini bərpa etməyib. Bunun da əsas səbəblərindən biri real iqtisadi potensialın azalması (investisiyaların kifayət qədər olmaması), iqtisadi risklərin artması (qiymətlərin mütərəqqi artması, dövlət siyasətinin vəziyyətə adekvat olmaması) kimi uğursuzluqlardır.

2021-ci ildə qonşu Gürcüstanda 10,6% iqtisadi artım qeydə alınıb ki, bu da 2020-ci ildə qeydə alınan iqtisadi azalma indeksindən (-6,8%) təxminən 4 faiz çoxdur.

Başqa sözlə, Gürcüstan COVID-19 epidemiyasının iqtisadi nəticələrini bərpa edib.

2020-ci illə müqayisədə 2021-ci ildə Ermənistanda istehlak qiymətlərində 7,2%, orta ərzaq qiymətlərində 11,5%, minimum istehlak səbətinin aylıq dəyərində isə təxminən 21,5% artım qeydə alınıb. 2022-ci ildə Paşinyan hökuməti istehlak qiymətlərinin 5,5% artacağını proqnozlaşdırır.

Rəsmi statistikaya əsasən, Ermənistanda 2020-ci illə müqayisədə 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 7,6 faiz artıb. İlk baxışdan iqtisadi aktivliyin cəmi 5,8%-i fonunda bu artım tempi problemlidir.

Əslində, 2020-ci illə müqayisədə 2021-ci ildə orta aylıq nominal əmək haqqı 7,6 faiz artmayıb, əksinə, 2 faizə yaxın, orta aylıq real əmək haqqı isə ikirəqəmli, təxminən 10 faiz azalıb.

Xüsusilə rəsmi statistikaya əsasən, Ermənistanda 2020-ci illə müqayisədə 2021-ci ildə qeydiyyatda olan işçilərin sayı 10 faizə yaxın, orta aylıq nominal əmək haqqı isə 7,6 faiz artıb. Mənfəət vergisinin dərəcəsi 4,3% azalıb. Ermənistanda 2020-ci ildə 23%, 2021-ci ildə 22% səviyyəsində müəyyən edilmiş sabit gəlir vergisi dərəcəsi mövcuddur.

Maaşlardan ödənilən gəlir vergisi qeydiyyatda olan işçilərin sayının, orta nominal əmək haqqının və gəlir vergisi dərəcəsinin məhsuludur. Üstəlik, maaşlardan ödənilən gəlir vergisi ümumi gəlir vergisinin təxminən 90%-ni təşkil edir.

Ona görə də əməkhaqqından ödənilən gəlir vergisi 13,3% artmalı idi ki, nəticədə də ümumi gəlir vergisi təxminən 12% artsın. Lakin rəsmi statistikaya görə, Ermənistanda ümumi gəlir vergisinin artımı 12% yox, cəmi 3,7% təşkil edib.

Yəni obyektiv olaraq güman etmək olar ki, Ermənistanda ümumi gəlir vergisinin müəyyənləşdirilməsinin digər əsas komponenti olan orta aylıq nominal əmək haqqı azalıb.

Digər tərəfdən, 2020-ci illə müqayisədə 2021-ci ildə Ermənistanda minimum orta aylıq əmək haqqı, dövlət qulluqçularının əsas əmək haqqı, sosial müavinətlərin baza və orta məbləğləri, pensiyaların minimum və baza məbləğləri, bir illik iş stajı artırılmayıb. 2022-ci ildə Ermənistanda minimum baza əmək haqqı, baza pensiyası, bir illik iş stajının dəyərləri, sosial müavinətlərin baza məbləği artmayacaq.

Beləliklə, Ermənistanın iqtisadi tükənməsi davam edir, bu da öz növbəsində əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur, paralel olaraq yoxsulluq artır, sosial problemlər kəskinləşir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tükənmə   Böhran  


Bizi "telegram"da izləyin