Düşmәnin bütün әmәliyyat düzülüşünün dәrinliyindәki obyektlər nəzarətdədir - Artilleriya kәşfiyyatında yeniliklәr və istiqamәtlәr (ANALİZ)

2022/02/44-1644475213.jpg
Oxunub: 8242     12:08     10 Fevral 2022    
Müasir ümumqoşun döyüşü yüksәk gәrginliyi, döyüş fәaliyyәtlәrinin dinamikliyi vә sürәtli olması, elәcә dә bir növündәn digәrinә cәld keçmәsi ilә xarakterizә edilir. İstәnilәn döyüş növündә kәşfiyyat mәlumatları komandirin qәrar qәbul etmәsi üçün mühüm әhәmiyyәtә malikdir. Ona görә dә kәşfiyyatın istәnilәn növü qarşısında yeni imkanlar vә inkişaf perspektivlәri açılır.

Artilleriya kәşfiyyatı taktiki kәşfiyyatın tәrkib hissәsini tәşkil edir. Әlavә olaraq, Raket vә Artilleriya Qoşunlarının döyüş tәminatının әsas növündәn biridir vә bir çox hallarda onun döyüş tәtbiqinin uğrunu müәyyәn edir. Artilleriya kәşfiyyatı da kәşfiyyatın digәr növlәrindә olduğu kimi, müasir tәlәblәrә cavab vermәk üçün inkişaf edir vә dәyişir.

Kәşfiyyatın istәnilәn növü ilә düşmәnin, әrazinin, mövcud şәrtlәrin öyrәnilmәsi zamanı dәqiqlik, fasilәsizlik, dayanıqlılıq vә etibarlılıq tәlәb olunur. Son zamanlar kәşfiyyat vasitәlәrinin imkanlarının texniki baxımdan inkişafı istiqamәtindә baş verәn dәyişikliklәr bu tәlәblәri daha da zәruri edib.


Nәzәrә alsaq ki, düşmәn, әrazi vә mövcud şәrtlәr haqqında mәlumatlar dinamik dәyişәn şәraitdә vә gәrgin iş rejimindә baş verir, o zaman artilleriya kәşfiyyatının qarşısında duran mәqsәdlәrә idarәetmәnin tәkmillәşdirilmәsi, şәxsi heyәtin bilik, bacarıq vә tәcrübәsinin artırılması ilә nail olmaq mümkündür.

Ona görә dә artilleriya kәşfiyyatının daha müasir vasitәlәr, durbinlәr, lazer mәsafәölçәnlәr, gecә-görmә cihazları, universal radiolokasiya stansiyaları vә pilotsuz uçuş aparatları (PUA) ilә tәmin edilmәsi daha mәqsәdәuyğundur. Artilleriya kәşfiyyat bölmәlәrinin müasir vasitәlәrlә tәmin olunmasından sonra artilleriya kәşfiyyatının tәşkili vә aparılması üçün sәrf olunan vaxt kifayәt qәdәr azalıb vә mәlumatların dәqiqliyi artıb.

Artilleriya kәşfiyyatının tәtbiqindә hәmin vasitәlәrin yaratdığı üstünlüklәrә vә inkişaf istiqamәtlәrinә qısaca da olsa nәzәr salaq.


Optiki kәşfiyyat müşahidә üsulunda yerüstü mәntәqәlәrdәn geniş istifadә olunur. Hazırda hәmin mәntәqәlәr artilleriya kәşfiyyatının müasir optiki vasitәlәri: durbinlәr, lazer mәsafәölçәnlәr ilә tәmin olunub.

Demәk olar ki, müasir ümumqoşun döyüşlәrindә optiki kәşfiyyat döyüş fәaliyyәtlәrinin bütün mәrhәlәlәrindә mühüm rola malikdir. O, vizual müşahidә imkanlarını xeyli artırır, hәdәflәrin koordinatlarını tәyinetmә vaxtını qısaldır vә dәqiqliyi tәmin edir.

Durbin optiki kәşfiyyatın әsas cihazlarından biridir. Durbindәn döyüş sahәsini müşahidә etmәk, hәdәflәrin yerini öyrәnmәk vә seçmәk, üfüqi vә şaquli bucaqları, mәrmil әrin partlayışlarına sapmaları müәyyәnlәşdirmәk, elәcә dә atışa düzәliş vermәk üçün istifadә olunur. Müasir durbinlәr çoxfunksiyalılığı ilә fәrqlәnir.


“Koral” vә “Moskito” tipli lazer mәsafәölçәnlәrlә sutkanın istәnilәn vaxtı vә mәhdudgörmә şәraitindә hәdәfin polyar vә düzbucaqlı koordinatlarını, elәcә dә öz yerinin koordinatlarını tәyin etmәk mümkündür. Minaatan batareyalarının avtomatik idarәetmә komplektinin tәrkibinә daxil olan “Moskito” vә artilleriya batareyalarının avtomatik idarәetmә komplektinin tәrkibinә daxil olan “Koral” mәsafәölçәnlәr bu idarәetmә sistemlәrinin vacib elementlәrindәndir. Bunların tәtbiqi nәticәsindә әldә olunan mәlumatlar digәr mәntәqәlәrә, xüsusilә atış üçün göstәricilәri hazırlamaq mәqsәdilә atәş mövqeyinә real vaxt rejimindә çatdırılır. Bununla da düşmәnin fәaliyyәtini vaxt amili baxımından qabaqlamaqda böyük üstünlük әldә olunur.

Düşmәnә atәşlә zәrәrvurmada diqqәt çәkәn әsas amillәrdәn biri dә hәdәfin aşkar olunması ilә ona qısa zamanda effektiv zәrәr vurmaqdır.

Yuxarıda qeyd olunan amillәri nәzәrә alsaq, hazırda optiki kәşfiyyat vasitәlәri artilleriya kәşfiyyatının qarşısında duran tapşırıqları tәminetmә imkanına malikdir. Lakin belә fәaliyyәtlәrin mәqsәdyönlülüyünü artırmaq üçün döyüş hazırlığı mәşğәlәlәri vә tәlimlәrinin gedişindә avtomatik idarәetmә komplektinin istifadәsindә şәxsi heyәtin uzlaşma fәaliyyәtlәrinә nail olmaq lazımdır.


Hazırda dünyanın inkişaf etmiş ordularında radiolokasiya kәşfiyyat vasitәlәrinin yeni nümunәlәrinin istehsalı v ә onların artilleriya bölmәlәrinin icra etdiyi döyüş tapşırıqlarının maraqlarında tәtbiqi üzәrindә intensiv iş aparılır. Bu ölkәlәrә ABŞ, Rusiya, Fransa vә İsrail liderlik edir. Çin vә Türkiyәnin müdafiә sәnayesi dә bu istiqamәt üzrә әmәli işlәr görür.

Radiolokasiya kәşfiyyat vasitәl әri öz artilleriyamızın atışına xidmәt göstәrmәklә yanaşı, düşmәn kiçikçaplı zәrәrvurma vasitәlәrindәn atәş açan vә raket buraxmasını icra edәn zaman onların dәqiq koordinatlarını müәyyәnlәşdirә bilir.

Mövcud universal radiolokasiya stansiyası EL/M 2084M vә EL/M 2084L artilleriya kәşfiyyatının bu sahәdә imkanlarını xeyli artırıb. Hәmin stansiyalar 2016-cı ilin aprel döyüşlәrindә düşmәnin 60 mm vә daha iriçaplı artilleriya vә minaatan batareyalarının aşkarlanmasında әvәzolunmaz rol oynayıb, elәcә dә yerinin tәyin olunmasında onlara qarşı mübarizәni tәmin edib.

Radiolokasiya kәşfiyyatı, hәmçinin artilleriya kәşfiyyatının әn perspektivli inkişaf sahәlәrindәn biridir. Ordumuzun Raket vә Artilleriya Qoşunlarının radiolokasiya kәşfiyyatı üzrә mövcud imkanları hazırda dünyanın bir çox inkişaf etmiş ordularından daha çoxdur.

Bununla yanaşı, hazırda artilleriya kәşfiyyatı digәr qoşun növlәrinin kәşfiyyat vasitәlәri ilә qarşılıqlı fәaliyyәtdә hava kәşfiyyat vasitәlәrinin dә tәtbiqinә geniş yer verir. Artilleriya bölmәlәrinin maraqlarında PUA-ların tәtbiqi nәticәsindә artilleriya kәşfiyyatının imkanları xeyli artırılıb. Bununla da real vaxt rejimindә düşmәnә atәşlә zәrәrvurmanın effektivliyinin artırılmasına, artilleriya atışlarını vә atışın nәticәlәrini müşahidәetmә imkanlarına nail olunub.


Müasir silahların dәqiqliyi, böyük dağıdıcı gücә vә yüksәk manevretmә imkanına malik olması onların vaxtında aşkarlanmasını vә mәhv edilmәsini zәruri edir. Bu da kәşfiyyat vasitәlәrindәn onları vaxtında aşkar etmәyi vә mәlumatları vaciblik dәrәcәsinә görә çatdırmağı tәlәb edir.

PUA-lar öz qoşunlarımızın yerlәşdiyi yerdәn düşmәnin ön xәttinә 3-4 km yaxınlıqda uçuşlar icra etmәklә kәşfiyyat aparır. Düşmәnin hava hücumundan müdafiәsi zәif tәşkil olunduqda bәzi kәşfiyyat tapşırıqlarının icrası mәqsәdilә uçuşlar ön xәttә daha yaxın keçirilә bilәr.

Artilleriya vә minaatanların atәş mövqelәri bizim qoşunların ön xәttindәn 1-6 km mәsafәdә, yәni PUA-ların kәşfiyyat aparması üçün uçuş rayonları bizim artilleriyanın atış trayektoriyası istiqamәtindә yerlәşir.

Öz artilleriyamızın atәşi ilә PUA-lara mәrmilәrin uçuş trayektoriyasında zәrәr vurmamaq üçün mәrmilәrin trayektoriyada hündürlüyünü nәzәrә alaraq, PUA-nın uçuş hündürlüyünü tәyin etmәk lazımdır. Müxtәlif atımlarda müxtәlif sistemlәrd әn fәrqli mәsafәlәrә atış trayektoriyasının tәhlili onu göstәrir ki, uçuş rayonu düşmәnin ön xәttindәn 4 km, artilleriyanın atәş mövqeyi bizim ön xәtdәn 5 km dәrinlikdә yerlәşdikdә PUA-nın uçuş hündürlüyü 500 m-dәn, atәş mövqelәri ön xәtdәn 6 km dәrinlikdә yerlәşdikdә, PUA-nın uçuş hündürlüyü 900 m-dәn az olmamalıdır.


PUA-ların uçuş hündürlüyünü tәyinetmә qrafiki

Burada, h – öz artilleriya mәrmilәrimizin uçuş trayektoriyasının üstündә PUA-ların uçuşlarının minimal tәhlükәsizlik hündürlüyü; U – öz qoşunlarımızın ön xәttindәn artilleriyanın mövqelәrinә qәdәr olan maksimal uzaqlıq.

Nәzәrә alsaq ki, müasir ümumqoşun döyüşünün әsas prinsiplәrindәn biri atәşin vacib istiqamәtlәrә vaxtında cәmlә şdirilmәsidir, o zaman PUA-ların uçuş hündürlüyünü tәyinetmә qrafiki mühüm әhәmiyyәt kәsb edir. Düşmәnә atәşlә zәrәrvurmanın planlaşdırılması zamanı kәşfiyyat mәlumatlarına әsasәn, aşkar edilәn hәdәf vә obyektlәrin vaciblik dәrәcәsini nәzәrә almaqla atәşlә zәrәrvurmanın effektivliyini artırmaq olar. Ancaq bu halda döyüş tapşırığını az itkilәrlә yerinә yetirmәk mümkündür.

Son zamanlar dünyada baş verәn silahlı münaqişәlәrin vә lokal müharibәlәrin tәcrübәsinin tәdqiqi onu göstәrir ki, hәr iki tәrәf dә döyüş fәaliyyәtini (әmәliyyatı) geniş cәbhәdә icra etmir. Lakin mәqsәdinә düşmәnlә tәmas şәraitindәn deyil, daha uzaq mәsafәdәn atәşlә zәrәrvurma vasitәlәrini tәtbiq etmәklә nail olmaq istәyir.


O, düşmәn üzәrindә üstünlük әldә etdikdәn sonra, yerüstü fәaliyyәtlәrin icrasına әlverişli şәrait yarandıqda vә qısa zamanda qәti nәticә әldә etmәk üçün icra olunur.

Belә ki, kәşfiyyatın müxtәlif növ vә üsulları ilә әldә olunan mәlumatları hәm “aşağıdan-yuxarıya”, hәm dә әksinә çatdırmaqla, qarşılıqlı informasiya mübadilәsi sistemini yaratmaq mümkündür. Artilleriya kәşfiyyatı da bu sistemin vacib hissәsini tәşkil edir.

Yuxarıda qeyd edilәnlәr döyüşdә artilleriya kәşfiyyatının roluna vә yerinә, icra etdiyi tapşırıqlara, döyüş imkanları üzrә baş verәn dәyişikliklәrә vә onun tәtbiqinә görә yeni yanaşma tәlәb edir.

Müasir kәşfiyyat vasitәlәrinin silahlanmaya qәbulu, onların artilleriya bölmәlәrinin icra etdiyi atәş tapşırıqlarının maraqlarında tәtbiqi vә atışa xidmәt göstәrmәsi, elәcә dә digәr qoşun növlәrinin kәşfiyyat vasitәlәri ilә qarşılıqlı fәaliyyәtdә tәtbiqinin uzlaşdırılması vә idarәetmә sisteminin tәkmillәşdirilmәsi tәlәb olunur. Sürәtlә dәyişәn şәrait artilleriya kәşfiyyatının perspektivli istiqamәtlәrinin inkişafına sәbәb olur vә görünәn odur ki, yaxın gәlәcәkdә dә bu proses davam edәcәk.

Nәticә

Raket vә Artilleriya Qoşunları düşmәnә atәşlә zәrәrvurmanın әsas qoşun növü hesab olunur. Onun effektivliyinin tәmin olunması bir çox amillәrdәn asılıdır, onlardan biri dә artilleriya kәşfiyyatıdır. Ona görә dә artilleriya bölmәlәrinin döyüş tapşırıqlarını vaxtında, dәqiq vә keyfiyyәtli yerinә yetirmәsindә artilleriya kәşfiyyatının rolu böyükdür.

Hazırda artilleriya kәşfiyyat bölmәlәrinin silahlanmasına qәbul olunan müxtәlif növ kәşfiyyat vasitәlәrinin imkanları ilә belә tapşırıqları yerinә yetirmәk mümkündür. Belә tapşırıqlar optiki, radiolokasiya vә hava kәşfiyyat vasitәlәri ilә yerinә yetirilir.

Belәliklә, ordumuz düşmәnin bütün әmәliyyat düzülüşünün dәrinliyindә mühüm hәdәf vә obyektlәri aşkar etmәk vә onların fәaliyyәtini nәzarәtdә saxlamaq imkanına malikdir. Bütün bunlara planlı vә mәrhәlәli şәkildә hәyata keçirilәn ordu quruculuğu işlәri ilә nail olunub.

Polkovnik Yaşar Kәrimov, Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin