İyul döyüşlərində şəhadətə yüksələn şəhid əsgər Xəyyam Daşdəmirov

2021/07/1-1626427688.jpg
Oxunub: 2060     15:01     16 İyul 2021    
Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.

Xəyyam Daşdəmirov Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi. Subay idi.

Kənd sakinlərinin sözlərinə görə, idmana böyük maraq göstərən Xəyyam çox mehriban və vətənpərvər insan olub. X.Daşdəmirov 2020-ci ildə mayın 8-də hərbi xidmətə yola düşüb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər   Xəyyam-Daşdəmirov   Şəhid  


Bizi "telegram"da izləyin