İyul döyüşlərində şəhadətə yüksələn şəhid baş əsgər Elşad Məmmədov

2021/07/47-6505344684.jpg
Oxunub: 30591     14:41     15 İyul 2021    
Elşad Dönməz oğlu Məmmədov 1996-cı ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin baş əsgəri olan Elşad Məmmədov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.

Ailəli və bir oğul atası idi. Xalası oğlu Elburus Yusifov 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub.


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elşad Məmmədovun ölümündən sonra ikinci övladı dünyaya gəlib, ona Elşad adı verilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Məmmədov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər   ElşadMəmmədov  


Bizi "telegram"da izləyin