Yaşar Babayev 2020-ci il iyulun 14-də Tovuz istiqamətində olan şiddətli döyüşlər zamanı şəhid olub.
O, 2012-ci il iyulun 19-da ailə həyatı qurmuşdu və 8 ildir övlad arzusunda idi. Yaşar Babayevin ölümündən 2 gün sonra, iyulun 16-da onun qızı dünyaya gəldi.

Ailə yaxınlarının dediyinə görə, sonuncu dəfə gedərkən sanki olacaqları hiss etmişdi. Sonuncu dəfə gedəndə anasına dönub “ana mən gəlməsəm, Narin Yaşar qızı qoyarsan uşağın adını. Və qurban kəsərsən” deyib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.
Ordu.az