İlqar Zeynallı Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.
İlqar Zeynallı ölümündən 5 gün əvvəl ailə üzvləri ilə birgə ad gününü qeyd edib. O, həmin ərəfədə məzuniyyətə çıxmalı olsa da, gərgin döyüşlərə görə məzuniyyətini təxirə salıb.
Şəhidin qardaşı Sənan Zeynallı deyir ki, xəbər ona çatanda İlqarı yaralı görməyi arzulayıb: “Düşündüm ki, kaş yaralı olardı. Əli-ayağı olmayaydı, onu çiynimdə daşıyardım, amma bilərdim ki, canı üstündədir”.
İlqarın hərbçi olmasını, bu yolu seçməsini atası Ayaz Zeynalov istəyib. İndi onun yoxluğundan danışmaq Ayaz bəy üçün hər nə qədər çətin olsa da, ata məğrurluğunu itirmir: “Biz vətən üçün övlad böyütmüşük”.
Ordu.az