Azərbaycan-Pakistan-Türkiyə diplomatik zirvəsinin ardından birgə hərbi təlimlər – ANALİZ

2021/01/211-1611215119.jpg
Oxunub: 9985     16:14     08 Fevral 2021    
Azərbaycan, Türkiyə və Pakistan milli maraqlara dair məsələlərdə bir-birlərini dəstəkləməyə davam edirlər. Onlar ərazi bütövlüyü uğrunda müharibə apardıqda bir-birinə hərbi və diplomatik dəstək verirlər.

Ötən il Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı müharibə rəsmi Bakının Pakistan və Türkiyə ilə sıx münasibətlərini və müttəfiqliyinin yüksək dərəcəsini nümayiş etdirdi.

Türkiyə istehsalı olan zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) Azərbaycana hərbi eskalasiyanın mərkəzində olan Qarabağ bölgəsindən işğalçı erməni qüvvələrini məhv etməyə kömək etdi.

Eyni zamanda, Pakistan Azərbaycanın ərazisi olaraq beynəlxalq səviyyədə tanınmış bölgəni müdafiə etmək mövqeyini açıq şəkildə ortaya qoydu.

Yəni, normal vaxtlarda regional münaqişə çərçivəsində dəstək bəyanatları vermək adi dəstək hesab oluna bilər, amma həqiqətən müharibə vəziyyətində olduqda, kimin hansı şəkildə müttəfiqliyini nümayiş etdirib yanında olması tamam başqa bir nümayişdir.

Pakistan və Türkiyə arasında sıx müdafiə əməkdaşlığı mövcuddur. Türkiyə Pakistan Hərbi Dəniz Qüvvələri üçün MILGEM sinfinə məxsus döyüş gəmiləri inşa edir və Ankara Pakistandan 52 ədəd “Super Muşşak” təlim təyyarəsi alıb.

Azərbaycan, Pakistan və Türkiyə Kəşmir, Kipr və Qarabağ kimi milli maraqlar mövzusunda müxtəlif beynəlxalq forumlarda bir-birlərini davamlı olaraq dəstəklədikləyirlər.

Bu, Xarici İşlər nazirləri arasında İslamabadda keçirilən görüşdə bir daha özünü göstərdi. Birgə bəyannamədə Hindistanın “Cammu və Kəşmirin demoqrafik quruluşunu dəyişdirmək” cəhdlərindən narahatlıq ifadə edildi və “Kipr məsələsinin” həllinə çağrıldı.

Bu formatda üç ölkənin xarici siyasət rəsmiləri artıq ikinci dəfədir görüş keçirirdi və müharibə zamanı Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanı dəstəkləyirdi. Pakistan Azərbaycana qardaş olan ölkələrdən biridir, hətta Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir.

Üçtərəfli görüşdən danışan Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Erdakul da Qarabağ böhranı dövründə Azərbaycanı dəstəklədiyinə görə Pakistana təşəkkür edib.

Azərbaycan Müdafiə nazirinin müavini Ramiz Tahirov da öz növbəsində Pakistan Hava Qüvvələri komandirinə azərbaycanlı pilotların Pakistanda təlim keçməsindən məmnun olduğunu və minnətdarlığını bildirib. Mücahid Ənvər Xan paytaxt Bakıda Müdafiə naziri Zakir Həsənovla da görüşmüşdü.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, yüksək rütbəli hərbi rəsmilər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Görüşün sonunda iki ölkə arasındakı əməkdaşlığın Azərbaycan-Pakistan ordularının hərbi potensialının gücləndirilməsinə töhfə verəcəyi vurğulanmışdı. Hərbi hava qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi də müzakirə olunmuşdu.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, görüş zamanı tərəflər bir sıra qlobal və regional məsələlər, o cümlədən bölgədə sülh və təhlükəsizliklə əlaqəli ortaya çıxan məsələlər barədə fikir mübadiləsi aparıb. Ancaq hansı məsələlərdən söhbət getdiyinin təfərrüatları barədə məlumat verilməyib.

Ermənistanın Hindistanla daha sıx müttəfiqlik münasibətlərinə malik olması, həmçinin Kəşmir məsələsində rəsmi Dehlini dəstəkləməsi Pakistanın maraqlarına ziddir. Bununla yanaşı, İrəvanın Hindistanla həyata keçirilən bəzən aşkar, bəzən isə qapalı silah təchizatı məsələləri diqqətdən kənarda qala bilməz.

Belə ki, ötən il Ermənistan 4 ədəd batareya atəşini aşkarlayan “Swathi” sistemlərinin alınması üçün Hindistanla 40 milyon dollarlıq müqavilə imzalayıb. Hindistanın “Timesnow.com” nəşrinin məlumatına görə, Hindistan batareya atəşini aşkarlayan radar sistemin Ermənistana tədarükünü həyata keçirib.

Bu baxımdan, Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, 2 qardaş dövlətdən 3 qardaş dövlətə keçid formulunun tətbiqi düşmənlərimizi narahat edir. Türkiyə və Azərbaycanın keçirdiyi təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak edib və bu il çərçivəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Pakistan çox güclü və xüsusilə 10 ildən artıq müddətdə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş orduya sahibdir. Nəzərə alsaq ki, Ermənistan son 30 ildə Azərbaycana qarşı terror siyasəti həyata keçirib və indi də keçirir, bu baxımdan Azərbaycan ordusu terrorla mübarizədə qeyri-ənənəvi döyüş təcrübəsini inkişaf etdirmək üçün Pakistan ordusunun bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə hərbi qulluqçularımız Pakistanda təşkil olunmuş hərbi təhsil, xüsusi hərbi hazırlıq proqramlarında iştirak edir.

Birgə təlimlərin isə cari ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçirilməsini, təlimlərin xüsusilə Azərbaycan Ordusunun qarşısında duran vəzifələr, tələblər, döyüş tapşırıqları nəzərə alınaraq tərtib olunmuş xüsusi ssenarilər üzrə həyata keçiriləcəyini, bundan əlavə, hərbi təlimlərin genişləndirilərək digər qoşun növü – hər iki ölkənin Hərbi Hava Qüvvələri arasında da keçirilməsi, yəni qardaş Türkiyə ilə birgə keçirilən “TurAz Qartalı” təlimlərinə bənzər təlimlərin keçirilməsini də nəzərdə tutulduğunu bildirmişdik.

Maraqlıdır ki, cari ilin yanvar ayında Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Artıq məlumdur ki, ikitərəfli təlimlərin keçirilməsi ilə yanaşı, 3 qardaş ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlər keçirməsi müzakirə edilir.

Hətta, hazırda Türkiyə Silahlı Qüvvələrinin bölmələri 1998-ci ildən ənənəvi olaraq keçirilən Pakistan ilə birgə təlimlərdə iştirak edir. Pakistanda keçirilən hərbi təlimlərin məqsədi Pakistan və Türkiyə Silahlı Qüvvələrinin bölmələri arasında qarşılıqlı əməkdaşlıq və birgə işləmə qabiliyyətini inkişaf etdirməkdir. Mütəmadi keçirilən təlimlər Türkiyədə olduqda Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın adını, Pakistanda olduqda isə Atatürkün adını daşıyır. Təlimlər fevralın 20-dək davam edəcək.

Keçiriləcək üçtərəfli təlim isə ölkəyə sızmağa çalışan terror təşkilatı və ya qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə çərçivəsində təşkil edilə bilər. Əfqanıstanla sərhəddə yerləşən Pakistan bölgədə yerləşən terror təşkilatlarının, ilk növbədə Xorasan vilayətindəki İŞİD və “Əl -Qaidə” terror təşkilatlarının, o cümlədən Kəşmirin işğal altında olan bölgəsində olan qanunsuz silahlı qruplaşmaların hücumlarına məruz qalır.

Türkiyə Suriya ilə uzun qeyri-stabil sərhədə malikdir və bölgəyə girib-çıxan YPG terrorçuları üçün keçid nöqtəsidir. PKK-nın Suriya qanadı olan YPG rəsmi Anakara tərəfindən terror təşkilatı olaraq qəbul edilir və onlara qarşı ölkə daxilində, o cümlədən Suriya, İraq da daxil olmaqla intensiv əməliyyatlar həyata keçirir.

Azərbaycanın Vətən müharibəsindən sonra Qarabağ bölgəsində qalmış qanunsuz silahlı qruplaşmalara qarşı apardığı mübarizə isə yeni mərhələyə qədəm qoyur.

Ümumilikdə, keçiriləcək tarixi təlim hər üç tərəf arasında daha dərin bir əlaqəni nümayiş etdirir. Hər biri iqtisadi və diplomatik cəbhələrdə birlikdə çalışır və hər biri terrorizmə qarşı mübarizəyə sadiq olduqlarını bildirirlər. Bununla birlikdə, bu istiqamətdə hərbi əməkdaşlıq daha yaxın münasibətlərə aparan yolda əhəmiyyətli bir növbəti addımdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Türkiyə   Azərbaycan  

Azərbaycan-Pakistan-Türkiyə diplomatik zirvəsinin ardından birgə hərbi təlimlər – ANALİZ

2021/01/211-1611215119.jpg
Oxunub: 9986     16:14     08 Fevral 2021    