Ordu.az xəbər verir ki, işğalçı ordunun hərbi hissəsində yoxlama zamanı məlum olub ki, döyüş postlarında müşahidə cihazları yararsız, nasaz vəziyyətdədir, silah-sursatların saxlanılmasında xeyli ciddi nöqsanlar mövcuddur. Eyni zamanda yoxlama zamanı döyüş sursatlarının oğurluq faktları da aşkar edilib.
Həmçinin aparılan yoxlama zamanı bölmlərdə əsgərlərdən çoxlu sayda mobil telefonlar müsadirə olunub.
Xəbərdə o da qeyd edilir ki, mobil telefonların əsgərlərdən müsadirə olunması prosesindən yararlanan zabitlər bu işdən gəlirli biznes qurmağa başlayıblar. Belə ki, əsgərlərdən telefonlar müsadirə edildikdən sonra, komandirlər öz telefonlarından yaxşı pul müqabilində əsgərlərə valideynləri ilə danışımağa şərait yaradırlar.
Ordu.az