Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - IV YAZI (ANALİZ)

2020/02/5c30c-1582791689.jpg
Oxunub: 1174     12:13     25 Fevral 2020    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Nümunə tədqiqatlar

Aşağıdakı bölmə Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveçdəki kiber komandanlıqların missiyaları, təşkilati strukturları və əsas funksiyalarını təsvir edəcək. Bu bölmədəki məlumatlar, əsasən, açıq mənbələrdən, eləcə də hökumət və silahlı qüvvələrin strategiyaları, doktrinaları, milli qanunvericilik, veb-saytları, mətbuat məqalələri, hesabatları və digər mənbələrdən toplanıb. Bundan əlavə, bu araşdırmanın müəllifi beş ölkədən mövzu üzrə ekspertlər ilə 10 müsahibə aparıb.

Hər bir ölkənin hərbi kiber müdafiə qüvvələri haqqında ictimaiyyətə açıqladığı məlumat dəyişir. Buna görə də, nümunə tədqiqatları hər bir ölkənin xüsusi funksiyaları və təşkilati quruluşu haqqında ətraflı məlumat səviyyəsində fərqliliklər meydana çıxarır ki, bu da müəllifin müvafiq məlumatları toplaya bilmə dərəcəsini əks etdirir.

Almaniya: Kiber və İnformasiya Domen Xidməti

Strateji Təlimatlar

Almaniya ordusunun kibertəhlükəsizlikdə rolu ilə bağlı strateji qaydalar 2016-cı ildə Federal Daxili İşlər Nazirliyinin rəhbərliyi altında hazırlanmış Kiber Təhlükəsizlik Strategiyasında təsbit edilib. “Ağ Kağız” adlı Müdafiə Aktı elə həmin il Federal Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.

Bu sənədlərə əsasən, Almaniya Silahlı Qüvvələri (ASQ) hibrid təhdidlərə qarşı müdafiə, kiber və informasiya sahəsinin təhlükəsizliyini təmin etməkdən, təhlükələrə qarşı beynəlxalq böhranın idarə olunması missiyalarının qorunması üçün hərbi şəbəkələrin və sistemlərin kiber müdafiəsindən məsuldur. Təlimatlar ASQ-nin kiber və informasiya sahəsində “effektləri çatdırması”nın lazım olduğunu təyin edir. Bununla belə, bu strateji sənəd açıq-aşkar kiber hücum imkanlarının inkişafına aid istinad vermir.

ASQ kiber və informasiya sahəsində elastikliyi və təchizat zəncirinin təhlükəsizliyini təmin etməli, cəmiyyətin bütünlüklə tərəfdaşlığını dəstəkləməli və kibertəhlükəsizliyə bütöv bir hökumət yanaşmasının hərbi müdafiə aspektlərini təmin etməli, İKT imkanları və funksiyalarını gücləndirməli, İKT və kiber müdafiə sahəsində yenilikçi işçi qüvvəsinin işəgötürmə strategiyalarının hazırlamalıdır. Sənədlər həmçinin ASQ-nin kiber məkan imkanlarını daha da inkişaf etdirəcəyini, kiber və informasiya sahəsində milli səviyyəli situasiya məlumatlarının qorunmasına kömək edəcəyini də qeyd edir. Bu strateji qaydalara əlavə olaraq, Federal Müdafiə Nazirliyi İKT-nin inkişafı və ictimaiyyətə açıq olmayan silahlı qüvvələrin kiber müdafiəsi ilə bağlı qaydaları da qəbul edib. Gələcəkdə Kiber Müdafiə Doktrinası da digər müvafiq siyasətlərlə yanaşı inkişaf etdiriləcək.

Beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi

Alman konstitusiyasına və 18 mart 2005-ci il tarixli Parlament İştirak Qanununa əsasən, Almaniya hökuməti hərbi qüvvələri beynəlxalq əməliyyatlarda, o cümlədən kiber məkan əməliyyatlarında yerləşdirmək üçün Parlamentin (Bundestaq) əvvəlcədən razılığını almalıdır. Fövqəladə hallarda Parlamentin razılığı müdaxilədən sonra da verilə bilər. Əməliyyatın müvəffəqiyyəti üçün gizlilik tələb olunduqda, Almaniya hökuməti Bundestaqın Müdafiə Komitəsinin müəyyən üzvlərini məlumatlandırmaqla silahlı qüvvələrin yerləşdirilməsinə dair qərar qəbul edə bilər.

Təşkilatlanma

Alman hərbisi kiber məkan və elektromaqnit spektrini daha geniş informasiya mühitinin bir hissəsi kimi qəbul edir. Bu vahid baxışa uyğun olaraq Silahlı Qüvvələrin informasiya, kiber və elektron müharibə ilə bağlı imkanları 2017-ci ilin aprelində SQ-nin yeni funksional xidmətinə daxil edilib. Bu xidmət Kiber və İnformasiya Domeynləri Xidməti (KİDX) adlandırılır. Almaniyanın sabiq Müdafiə naziri Ursula von der Leyen 2015-ci ilin sentyabr ayında KİDX-i qurmaq niyyətini açıqladı və onun qurulması prosesi 2016-cı ilin aprelində başladı. ASQ-dəki yeni xidmət Bonnda yerləşən qərargahlar/heyət komponentinə sahibdir.

ASQ-nin bir hissəsi olaraq KİDX Federal Müdafiə Nazirliyinə subordinasiya olunur. Kiber/İT Baş İdarəsi və Strategiya və Əməliyyatlar Baş İdarəsi vasitəsilə strateji rəhbərliyi təmin edir. Baş İnformasiya zabiti tərəfindən rəhbərlik edilən Kiber/İT Baş İdarəsi 2016-cı ilin oktyabrında təsis edilib. O, ASQ-nin şəbəkələrinin və sistemlərinin qorunmasından məsuldur. Qurum bütün hökumətin kibertəhlükəsizliyinin müdafiə aspektlərini planlaşdırır və həyata keçirir. Bundan əlavə Federal Müdafiə Nazirliyinin nəzdində milli və beynəlxalq kiber və İT fəaliyyətlərini planlaşdırır, koordinasiya edir. Kiber/İT Baş İdarəsinin iki alt bölməsi var: Berlində yerləşən İT İdarəçiliyi Bölməsi və Bonnda yerləşən İT Servisləri və İnformasiya Təhlükəsizliyi Bölməsi.

Strategiya və Əməliyyatlar Baş İdarəsi hərbi əməliyyatların planlaşdırılması və icrası üçün məsuliyyət daşıyır və bu məsələlərdə Müdafiə Nazirliyinin İcraedici Qrupuna hesabat verir. Bu mərhələdə görünən odur ki, bu iki Baş İdarə arasında kiber müdafiə ilə bağlı səlahiyyətlərin bölüşdürülməsi hələ tam olaraq müəyyənləşdirilməyib.

Kiber və İnformasiya Domeynləri Xidmətinin işçi qüvvəsinin əksəriyyəti digər xidmətlərdən köçürülüb və KİDX-in bütün alt bölmələri əvvəlki yerlərində qalıb. 2017-ci ilin iyul ayında təxminən 13500 hərbi və mülki vəzifədən ibarət ilk əməliyyat qabiliyyəti əldə edilib. 2021-ci ildə tam əməliyyat qabiliyyətinə çatdırılması gözlənilir, bu müddətdə təxminən 14500 nəfər heyət (yalnız 1000 artım) olacaq.

KİDX həmçinin kiber qüvələrin Kommandanı olaraq bilinən üç ulduzlu general-leytenant rütbəsinə malik Başçı (almanca- inspekteur) tərəfindən idarə olunur. KİDX eyni zamanda ASQ-nin digər xidmətləri kimi (quru qoşunları, hava qüvvələri, donanma, tibbi xidmət və birləşmiş xidmət) üç ulduzlu generallar və ya ekvivalentləri tərəfindən idarə edilir və digər xidmətlərlə eyni səviyyədə sayılır. KİDX başçısının müavini bütün hərbi kiber xidmətə bağlı olaraq vəzifələrini yerinə yetirməkdə Xidmət başçısına dəstək verir. Xidmətin Başçısı isə komanda, əməliyyat və planlaşdırma funksiyalarına nəzarətdə dəstək təmin edir. KİDX ASQ-nin İnformasiya Texnologiyaları və kiber təhlükəsizlik məsələlərində vahid milli və beynəlxalq təmas nöqtəsi kimi xidmət edir. 2018-ci ilin aprel ayı üçün onun 540 nəfərlik şəxsi heyətə malik idi.

Dəyanət Ağalarlı
(Ardı var...)
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Kibertəhlükəsizlik  

Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - IV YAZI (ANALİZ)

2020/02/5c30c-1582791689.jpg
Oxunub: 1175     12:13     25 Fevral 2020    