Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - III YAZI (ANALİZ)

2020/01/Next--1580122962.jpg
Oxunub: 2696     15:24     27 Yanvar 2020    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Nümunə tədqiqatlar

Aşağıdakı bölmə Estoniya, Finlandiya, Almaniya, Hollandiya və Norveçdəki kiber komandanlıqların missiyaları, təşkilati strukturları və əsas funksiyalarını təsvir edəcək. Bu bölmədəki məlumatlar, əsasən, açıq mənbələrdən, eləcə də hökumət və silahlı qüvvələrin strategiyaları, doktrinaları, milli qanunvericilik, veb-saytları, mətbuat məqalələri, hesabatları və digər mənbələrdən toplanıb. Bundan əlavə, bu araşdırmanın müəllifi beş ölkədən mövzu üzrə ekspertlər ilə 10 müsahibə aparıb.

Hər bir ölkənin hərbi kiber müdafiə qüvvələri haqqında ictimaiyyətə açıqladığı məlumat dəyişir. Buna görə də, nümunə tədqiqatları hər bir ölkənin xüsusi funksiyaları və təşkilati quruluşu haqqında ətraflı məlumat səviyyəsində fərqliliklər meydana çıxarır ki, bu da müəllifin müvafiq məlumatları toplaya bilmə dərəcəsini əks etdirir.

Finlandiya Kiber Diviziyasının C5 Agentliyi

Strateji Təlimatlar

Finlandiyanın 2013-ci ildə qəbul etdiyi kibertəhlükəsizlik strategiyasına görə, Finlandiya Müdafiə Qüvvələri qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün kəşfiyyat, kiber müdafiə və kiber hücum imkanlarını əhatə edən geniş bir kiber müdafiə qabiliyyətini yaradıb. Finlandiya Hökumətinin Təhlükəsizlik Komitəsinin 2014-cü il təlimatlarına uyğun olaraq Müdafiə Nazirliyi Finlandiya Müdafiə Qüvvələrinin şəbəkələrinin və əməliyyatlarının qorunmasından məsuldur. Bundan əlavə nazirlik dövlətin kiber hücumlara qarşı müdafiə edilməsi, eləcə də beynəlxalq missiyalarda yerləşdirmə üçün lazım olan imkanlar da daxil olmaqla kəşfiyyat, müdafiə və hücum kiber imkanların inkişaf etdirilməsi kimi funksiyaları da yerinə yetirməklə mükəlləfdir. 2017-ci il üçün Finlandiya hökumətinin Müdafiə hesabatına uyğun olaraq, müdafiə qüvvələrinin kiber vəziyyətlə bağlı bilgilərini təmin etmək, kiber məkan əməliyyatları planlaşdırmaq və həyata keçirmək, kiber məkandakı öz sistemlərinin qorunması və monitorinq imkanlarını formalaşdıracaq. Finlandiyanın Müdafiə Qüvvələrinin Kiber Müdafiə Konsepsiyası 2016-cı ildə hazırlanıb. Bu sənəd ictimaiyyət üçün açıq deyil.

Beynəlxalq yerləşdirmələrin siyasi səlahiyyətləndirilməsi

Beynəlxalq böhran idarəçiliyində iştirak etmək qərarı hökumət tərəfindən təqdim edilən təklif əsasında prezident tərəfindən vəziyyətə müvafiq olaraq verilir. Təklif prezidentdən öncə Xarici İşlər Komitəsi ilə konsultasiya edilməlidir (ya da əməliyyat BMT Təhlükəsizlik Şurasının mandatına uyğun olmadıqda və ya xüsusilə tələb edilən hərbi çağırışdırsa, Parlament tərəfindən təsdiq olunmalıdır). Bu tənzimləmə, həmçinin, beynəlxalq qoşun yerləşdirmələrinin bir hissəsi kimi hücum xarakterli kiber məkan imkanlarının yerləşdirilməsinə də aiddir.

Təşkilatlanma

Daha geniş mənada Kiber Komandanlığa bənzər hərbi struktur 2015-ci ilin yanvar ayında Finlandiya Müdafiə Qüvvələrinin C5 Agentliyinin (bundan sonra C5 Agentliyi) daxilində yaradılan Kiber Müdafiə Diviziyasıdır. C5 Agentliyi Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargahının tabeliyində olan təşkilatdır. O, Kommunikasiya və İnformasiya Sistemlərinin qorunması, əmr, nəzarət, kommunikasiya, kompüter, kiber məkanın qorunması kimi funksiyaların birləşməsini əhatə edir. Qərargah/heyət komponentindən əlavə, 18 məntəqədə yerləşən üç departamenti var. Finlandiya Müdafiə Qüvvələrinin ayrıca bir İdarəetmə Sistemi İdarəsi də var. Bu idarə kiber müdafiənin aspektlərinin əməli planlaşdırılmasından məsuldur. Bu qurumlara əlavə olaraq, o, ənənəvi hərbi xidmətlər (ordu, hava qüvvələri, donanma) inteqrasiya olunmuş kiber müdafiə qabiliyyətinə malikdir.

C5 agentliyinin əməkdaşlarının ümumi sayı 400 nəfərdir, əksəriyyəti mülki işçilərdir. Yuvyaskila şəhərində yerləşən Kiber Diviziya Silahlı Qüvvələrin məlumat şəbəkələrini və xidmətlərini müdafiə edir, kiber müdafiə qabiliyyətlərini inkişaf etdirir və milli kiber müdafiə vəziyyətinə dair məlumatları təmin edir. 2015-ci ildə Kiber Diviziya 100-dən az hərbi və mülki şəxsdən ibarət işçi qüvvəsinə malik idi. Ancaq 2016-ci ildə Diviziyanın ölçüsünün artacağı xəbəri yayıldı. C5 Agentliyinin 2024-cü ilə qədər ən azı 200 yüksək səviyyəli İKT və kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlayacağı gözlənilir. Nəticədə agentliyin büdcəsi artırılacaq.

Funksiyalar

Finlandiya ekspertləri Finlandiyanın kiber komandanlığa ehtiyacının olmadığı qənaətindədirlər. Bir finland mütəxəssisi kiber birliklərin ənənəvi hərbi servislərə inteqrasiyasını müdafiə edərək, az sayda kiber mütəxəssislərə istinadən “Kim (kiber komandanlığa) komandanlıq edəcək?” deyə ritorik olaraq soruşub. Bunun əvəzinə, bu ekspertin fikrincə, silahlı qüvvələr real təlimlərdə müntəzəm olaraq hazırlanmış və ən müasir kiber imkanlar ilə təchiz olunmuş kiber qurumları inkişaf etdirməlidir. Operativ İKT şəbəkələrinin qorunması üçün məsuliyyət C5 Agentliyinin departamentlərinə aiddir. İT xidmətlər şöbəsi İKT-yə inteqrasiya etməklə yanaşı, operativ informasiya sistemlərini saxlayır və inkişaf etdirir. Bir sıra KİS (Kommunikasiya və İnformasiya Sistemləri) yardımçı bölmələri təhlükəsizlik texnologiyasını qoruyub saxlayır, operativ İT dəstəyi təmin edir və İKT təlim fəaliyyətlərinə kömək edir.

2017-ci il üçün hökumətin parlamentə verdiyi hesabata görə, Finlandiya Müdafiə Qüvvələri hərbi funksiyaların qorunmasına imkan verən kiber müdafiə qabiliyyətlərini inkişaf etdirib. Baş Qərargaha görə, 2014-cü ildə C5 agentliyinin Kiber Diviziyası (və ya Bölməsi), əsasən, müdafiə qüvvələri daxilində kiber müdafiə funksiyaları üçün məsuliyyət daşıyırdı. Bununla yanaşı, bu qurum kiber məkan hücum imkanlarını da inkişaf etdirib.

Kiber Bölmənin iki əsas funksiyası (kiber müdafiə və kiber situasiya məlumatları) ilə əlaqədar konkret vəzifələri ictimaiyyətə açıqlanmır. Ancaq məlumdur ki, bu Bölmə Müdafiə Qüvvələrinin Baş Qərargahının Əməliyyatlar Bölməsinin əməliyyatlarında kiber təsirlərin hərbi əməliyyatların planlaşdırılması və icrasına inteqrasiyasını dəstəkləyir. Bundan əlavə, Kiber Bölmə həmçinin bütün Silahlı Qüvvələr üçün kiber müdafiə təhsili, təlimi və məşqlərini təşkil etməkdə də məsuldur. Müdafiə Qüvvələri 2016-cı ildə texniki və əməliyyat səviyyələrini birləşdirən illik kiber müdafiə məşqlərini təsis etdi. Burada məqsəd onların hazırlığını qiymətləndirməklə yanaşı, idarəetmə, situasiya məlumatları və kiber müdafiə sahələri üzrə mütəxəssisləri yetişdirməkdir. Fərdi mütəxəssislərin qabiliyyətlərini daha da çox test etməyə imkan verən texniki səviyyəli kiber təlimlər də mövcuddur. Bundan əlavə hər bir hərbi servis kiber müdafiə təlimlərinin illik texniki səviyyəsini təşkil edir. Kiber müdafiə sahəsindəki çağırışçıların təhsili C5 agentliyində, eləcə də digər hərbi obyektlərdə aparılır. Kiber mütəxəssislərin vəzifə təsvirləri və əlaqəli təhsil, təlim və məşq tələbləri Almaniyada və Hollandiyadakı analoji təşəbbüslərə bənzər bir şəkildə inkişaf etdirilir. Səkkiz həftəlik əsas təlimlərdən sonra proqramlaşdırma, şəbəkə texnologiyası, proqram inkişaf etdirmə və ya əlaqəli sahələrdə əsas bacarıqlara malik olduğunu iddia edən çağırışçılar testdən keçməlidirlər. Uğurlu namizədlər daha sonra genişləndirilmiş test, kommunikasiya, kompüter proqramlaşdırma, İKT sistemlərinin təhlükəsizliyinin qurulması və sınanması və mavi/qırmızı komanda fəaliyyətləri kimi xüsusi sahələrdə xüsusi təlim alırlar.

Aktiv xidmət həyata keçirən şəxsləri dəstəkləyən könüllü hərbi kiber qüvvələrin inkişaf etdirilməsinin zəruriliyi ilə əlaqədar olaraq finlandiyalı mütəxəssislər inanırlar ki, ehtiyat sistemi, mülki peşəkar kiber ekspertizanın hərbi xidmətə töhfəsinə və 2015-ci ildən fəaliyyət göstərən silahlı qüvvələr üçün kifayət sayda və keyfiyyətdə kadr təmin edən Finlandiya kiber səfərbərlik və çağırış sisteminə kömək olacaq. Bununla belə, kiber müdafiə sahəsindəki çağırışçıların illik sayının çox az olmasına baxmayaraq, Kiber Bölmənin böyüməsi nəzərdə tutulub. Lakin Finlandiya digər silahlı qüvvələrin üzləşdiyi bilikli kadrların seçilməsindəki eyni çətinliklərlə qarşılaşacaq.

Situasiyadan xəbərdar olma

Finlandiya Hərbi Kəşfiyyat Agentliyi (PVTIEDL) ordu üçün siqnallar, lokal və görüntü kimi kiber kəşfiyyat məlumatlarının toplanmasından məsul olan təşkilatıdır. Bu qurum Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat Bölməsinə (Hərbi kəşfiyyat məlumatlarının toplanması və emalını əlaqələndirən erkən xəbərdarlıq imkanlarını təmin edən bir qurumdur) tabedir. Finlandiya parlamenti, kəşfiyyat qanunvericiliyi layihəsi paketini nəzərdən keçirir. Bu qaydalara uyğun olaraq PVTIEDL-in Finlandiya ərazisində və xaricində qanunla nəzərdə tutulmuş məsuliyyətlərini yerinə yetirmək üçün internet və telekommunikasiya nəzarətinin aparılmasına səlahiyyət veriləcək. Daxili İşlər Nazirliyinə tabe olan Finlandiya Təhlükəsizlik Kəşfiyyat Xidməti (SUPO) telekommunikasiya şəbəkələri haqqında məlumat toplayır və xarici ölkələrin yaratdığı kiber təhlükələri müəyyən edir və cavab verir. Gözlənilən qanun təklifi bu quruma Finlandiyada və xaricdə mülki kəşfiyyat toplanması üçün daha geniş səlahiyyət verəcək. Kiber Müdafiə Bölməsinə Finlandiyada və ya xaricdə rəqəmsal kəşfiyyat toplama icazəsi verilməklə bağlı plan olmasa da, rəqəmsal kəşfiyyat toplamaq hər bir halda tam bir kiber situasiya mənzərəsini tərtib etmək üçün lazımlıdır. Beləliklə, əsas vəzifələrindən birini yerinə yetirmək üçün - situasiya bilgilərini qoruyub saxlamaq üçün - Kiber Müdafiə Bölməsi PVTIEDL və SUPO ilə əməkdaşlıq etməlidir.

Son olaraq, Hollandiya və Norveçdən olan həmkarları kimi, lakin Alman ekvivalentindən fərqli olaraq, C5 Agentliyinin funksiyalarına elektron müharibə və informasiya əməliyyatları daxil deyil.

Mülki orqanlara yardım

Finlandiya Müdafiə Qüvvələrinin “kiber fövqəladə vəziyyət” və ya cəmiyyətin əsas funksiyalarını və kritik milli infrastrukturun fəaliyyətini pozan ciddi bir kiber insident halında mülki orqanları dəstəkləmək üçün qanunla müəyyənləşdirilmiş məsuliyyəti yoxdur. Finlandiyada bütövlükdə ictimaiyyət və hökumətin bütün yanaşmaları (müvafiq mülki hakimiyyət orqanları tərəfindən mərkəzləşdirilmiş şəkildə əlaqələndirilib) yaxşı inkişaf edib və həyata keçirilib, bununla da, Silahlı Qüvvələrin niyə bu sahədə sözügedən imkanları yaratmaq üçün lazım olmadığı izah olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kiber-Komandanlıq   Finlandiya  

Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - III YAZI (ANALİZ)

2020/01/Next--1580122962.jpg
Oxunub: 2697     15:24     27 Yanvar 2020    