Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Haytağ kəndinin rəhbəri Merujan Muradyan ölmüş Vahram Avaqyan ailənin kiçik övladı, ondan böyük 3 qardaşı olduğunu bildirib.
Onun sözlərinə görə, kəndin kasıb, yoxsul yaşayan ailələrindən idi, ondan böyük, orduda xidmət etmiş və geri qayıtmış 3 qardaşı var idi.
Muradyan qeyd edib ki, Avaqyanın orduya çağrılmasının 6 ayı yeni tamam olub.
“Bir neçə gün əvvəl “otpusk”a gəlmişdi, yanvarın 10-da başa çatmışdı”,- deyə o bildirib.
Kənd rəhbərinin sözlərinə görə, ölmüş hərbi qulluqçu valideynlərinə orduda hər hansı problemi barədə danışmayıb.
Alpər Mövludoğlu
Ordu.az