““Ərazilər qarşılığında status” formulası yolverilməzdir” - Babayan

2019/04/76876-1555677912.jpg
Oxunub: 4905     16:05     30 Yanvar 2020    
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki hakimiyyətdən aldığı miras barədə Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatı ətrafında maraqlı vəziyyət yaranıb. Nəhayət, dövlət rəhbərinin - Ermənistan adından əsas danışıq aparan şəxsin dodaqlarından azad olunmuş (işğal olunmuş – red.) ərazilərin təhvil verilməsinin danışıqların əsasında olduğu və əvvəlki üç prezidentin məhz bu kontekstdə danışıqlar apardığı səsləndi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bun işğal altında olan Qarabağda yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin keçmiş komandiri Samvel Babayan deyib.

Babayan bəyanat yayaraq Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün həll təklif edib.

“Danışıqlar prosesi “Madrid prinipləri” çərçivəsində yenidən bərpa olundu. Ermənistan Baş naziri Xankəndində baş tutmuş Qarabağ (qondarma qurum –red.) və Ermənistan Təhlükəsizlik Şurasının birgə iclasında bu barədə səsləndirib. Yəni, erməni tərəfindən bu gün Serjin hakimiyyət illərində olduğu kimi eyni şey tələb olunur. Bu, azad olunmuş (işğal olunmuş –red.) ərazilərdən (7 rayon - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın) imtina və azərbaycanlı qaçqınların qaytarılmasıdır. “Ərazilər qarşılığında status” formulası yolverilməzdir”, - deyə Babaynın bəyanatında bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin