Ordu.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatları koordinasiya şurasının illik şam yeməyində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində öz rolunu oynayır və dinc danışıqların davam etdirilməsinin əsas təminatçılarındandır.
O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla ünsiyyətdə olduğunu qeyd edib və gərginliyin azaldılmasının vacib addımlarından birinin Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında operativ əlaqənin təmin edilməsi olduğunun əhəmiyyətini vurğulayıb.
Fransanın erməni təşkilatları koordinasiya şurasının illik şam yeməyində iştirak edənlər Fransanın keçmiş prezidenti Jak Şirakın xatirəsini bir dəqiqləlik sükutla yad ediblər.
Alpər Mövludoğlu
Ordu.az