Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı siyasi analitik Uve Halbax Albaniyanın ATƏT-də sədrliyi, bunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsiri və Məmmədyarov-Mnatsakanyan mümkün görüşünün gündəminə toxunarkən deyib.
Halbaxın sözlərinə görə, ATƏT-ə sədrlik edən ölkələrin rolunu həddən artıq qiymətləndirmək lazım deyil, çünki bu ölkələr öz ölkələrinin maraqlarından, xüsusiyyətlərindən irəli gələn funksiyaları həyata keçirmirlər, onlar ATƏT işlərini əlaqələndirəcəklər.
“Heç bir fərdi ölkə məzmunlu paketini gətirmir, lakin ATƏT-in maraqları, prioritetləri nöqteyi-nəzərindən çıxış edirlər və bu işdə hamı iştirak edir. Sədrlik edən ölkənin bəzi imtiyazları var. Bu imtiyazlar əslində həll prosesinə əhəmiyyətli dərəcədə təsir edə bilməz. Bu günlərdə Azərbaycanda seçki kampaniyası başlayıb. Hesab edirəm ki, seçki proseslərindən sonra münaqişənin nizama salınması prosesində maraqlı mərhələ başlayacaq, həm danışıqlar prosesində, həm də cəbhə xəttində qarşıdakı meyllər və imkanlar daha aydın şəkildə qeyd ediləcək”,- deyə Halbax bildirib.
Alpər Mövludoğlu
Ordu.az