Ermənistan ordusunun əsgəri xəsarət alıb

2019/12/10319-1577514190.jpg
Oxunub: 30203     10:08     25 Yanvar 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən xəsarət alan əsgərlərin sayı durmadan artır.

Ordu.az xəbər verir ki, lakin ağır xəsarət almalarına baxmayaraq, həkimlərin və komandirlərin səhlənkarlığı səbəbindən müalicə olunmamaları da əsgər ailələrinin əlavə dərdinə çevrilib.

Məlumatda deyilir ki, hərbi hissələrdən birinin əsgəri Qor Antapyan müəmmalı şəraitdə ayağından xəsarət alıb. Bu azmış kimi Q.Antapyan həkimlərin səhlənkarlığı səbəbindən müalicə olunmur. Əsgərin valideynlərinin dəfələrlə xahiş etmələrinə baxmayaraq yaralı əsgər hərbi hospitala göndərilmir.

Hadisə ictimaiyyətdən gizlədilir və faktla bağlı heç bir araşdırma aparılmır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin