“Vətənimizin müqəddəsliyi yaşam fəlsəfəmizdir”

2019/11/c0f17-1573548710.jpg
Oxunub: 674     17:17     12 Noyabr 2019    
Ordu bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib strukturdur. Ona görə də Azərbaycan Ordusunda şəxsi heyətin təlim və tədrisinə xüsusi önəm verilir və onların təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaradılır. Şəxsi heyətdə müxtəlif qabiliyyətlərin üzə çıxarılması, möhkəmləndirilməsi, öyrədilənlərin şüurlu surətdə mənimsədilməsi, inkişaf etdirilməsi rəhbərlik tərəfindən diqqətdə saxlanılır.

Bunun üçün "N" hərbi hissəsində də digər hərbi hissələrdə olduğu kimi, şəxsi heyətin vətənpərvər ruhda tərbiyə olunmasına, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsinə, ictimai-siyasi dərslərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Kapitan Natiq İsgəndərov söhbət əsnasında bildirdi ki, ordu rəhbərliyinin qarşısında duran başlıca vəzifələrdən biri də şəxsi heyətin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. "Bu məqsədlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən əsgərlər ilə mütəmadi şəkildə ideoloji iş aparılmasına xüsusi diqqət yetirilir. Ən çətin istiqamətlərdən biri olduğunu nəzərə alaraq bu gün əsgərlərlə mənəvi-psixoloji və ideoloji iş apararkən onlara sistemli şəkildə yanaşmaq lazım olduğunu heç vaxt yaddan çıxarmırıq. Bizim bu istiqamətdə gördüyümüz işlər hərbi sahə ilə yanaşı, əsgərlərin əmək, yaradıcılıq və intellektual potensialının da tam üzə çıxarılıb reallaşması üçün lazımi şəraitin yaradılmasına xidmət etməlidir. Biz də dövlət və ordu rəhbərliyinin qarşımıza qoyduğu bu şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq".

Söhbətimizin bu yerində zabitə orduda xidmət edən hərbi qulluqçuların, əsasən də əsgərlərin ideya-siyasi, mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində mənəvi-psixoloji və ideoloji işin mahiyyətini nədə görürsünüz? sualı ilə müraciət etdik. Kapitan Natiq İsgəndərova verilən suala zabit Eldəniz İsmayılov cavab olaraq bildirdi ki, hərbi kollektivin işinin mahiyyəti, ilk növbədə, zabit xarakterinin və davranışının təşkilində özünü büruzə verir. “Hər bir zabit çalışdığı kollektivin bir üzvü və tərkib hissəsidir. Bununla yanaşı, hər bir şəxsin ideya-əxlaqi kamilliyini yalnız düzgün təşkil edilmiş kollektiv şəraitdə aşkara çıxarmaq mümkündür. Buna görə də hər bir zabit daim öz əməyinin, savadının, eyni zamanda, dünyagörüşü və xarakterinin təkmilləşdirilməsi qayğısına qalmağa borcludur. Belə ki, biz ayrıca şəxsiyyəti tərbiyə edərkən bütövlükdə kollektivin tərbiyəsi haqqında düşünməliyik. Əgər zabit və əsgərlər arasında qarşılıqlı münasibət düzgün qurulubsa, onda yuxarıda sadalanan vəzifələrin həyata keçirilməsi də çətin olmayacaq.”

Söhbətimiz başa çatdıqdan sonra dərs başlandı. Məşğələnin rəhbəri ilkin olaraq bügünkü mövzunun adını - "Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində" elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi məlumat verdi və mövzunu dövlətimizin müasir dövrü ilə bağladı. Dərs prosesi fikir mübadiləsi şəklində aparıldığından bizlərdə maraq doğurdu.

Zabit qeyd etdi ki, Azərbaycanın olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.

İstər 100 il əvvəl, istəsə də müasir dövrdə ölkəmizin beynəlxalq münasibətlərin önəmli iştirakçısına çevrilməsi prosesi olduqca gərgin olub. Müasir dönəmdə məhz ümummilli lider Heydər Əliyevin böyük səyi, müdrikliyi sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətlə uğurlu ünsiyyət quraraq, milli maraqlarının təmin edilməsində əhəmiyyətli addımlar ata bildi.

Zabit Eldəniz İsmayılov dedi ki, hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işləri, apardığı müstəqil xarici siyasəti Azərbaycan Respublikasının rolunun daha da artmasını mümkün edib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi isə ölkəmizi regionun lider dövlətinə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

Hər kəsə polemikaya qoşulmaq imkanı yaradıldığından əsgər Anar Qasımov da öz fikrini bölüşdü: "Ana sözü ilə qoşa səslənən Vətən bizim üçün həmişə müqəddəsdir. Bizlər Vətənimizi dərin məhəbbətlə sevir və onu inamla qoruyuruq. Müstəqillik bir vətəndaş kimi hər birimiz üçün əzizdir. Hər kəs üzərinə düşən işin öhdəsindən gəlməyə çalışsa, əməli ilə dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə töhfə vermiş olar. Hazırda bir Azərbaycan əsgəri kimi biz sinəmizi Vətənə sipər etmişik. Vətənimizin müqəddəsliyi bizim üçün yaşam fəlsəfəsidir. Azərbaycan əsgərinin adından deyə bilərik ki, bizə tapşırılan mövqeni sayıqlıqla qoruyuruq.”

Əsgərlər İsmət İsmayıllı və Əlixeybər Qənbərov da eyni mahiyyətdən çıxış edərək vurğuladılar ki, vəzifə borclarını vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlıqlarını artırmaqla, intizamlı olmaqla özlərini torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayırlar. “Biz əsgərlər öz Vətəni, torpağı uğrunda döyüşdə düşmənə qarşı mübarizə aparanda yalnız bir şeyi düşünürük - Vətəni, torpağı qorumaq, müdafiə etmək, düşmənə bir addım da olsun, irəli keçməyə imkan verməmək. Həmin anda biz əsgərlərin gözü önündə onun şəxsi arzuları yox, yalnız milli dövlətçilik maraqları dayanır. Yaxşı bilirik ki, hər şey torpağın üzərindədir. İlk növbədə, bizim arzularımız, istəklərimiz millətimiz, dövlətimiz, elmimiz, mədəniyyətimiz, incəsənətimiz, nəyimiz varsa, hamısı bu torpağın üzərindədir, torpaqdan güc alır. Əgər bu torpaq varsa, yuxarıda sadaladığımız hər şey bizimdir, bizimlədir və bizim olacaq.”

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Vətən  

“Vətənimizin müqəddəsliyi yaşam fəlsəfəmizdir”

2019/11/c0f17-1573548710.jpg
Oxunub: 675     17:17     12 Noyabr 2019    