Ordu.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, bu barədə Ərdoğan özü ilə Trampın söhbətinə sitat gətirərək bildirib.
“Yeri gəlmişkən, Ərdoğan bildirib ki, iki ölkə müharibədə olmayıb, lakin ermənilər Türkiyədən deportasiya edilib. Hər halda Ərdoğan Vaşinqtona gedir. İkitərəfli gündəm Suriya, kürd məsələsi, İncirlik hərbi bazası, S-400 sistemləri problemi, F-35 qırıcılarının mümkün satışı, o cümlədən Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş Türkiyəyə qarşı sanksiyaları müəyyən edən qətnamələrdir.
Senatda Trampın komandası - respublikaçılar üstünlük təşkil edir. İndi bizim cəmiyyətimiz aktivləşmə əlamətləri göstərməyə başlayan türk lobbisi və administrasiya təzyiqinə qarşı iki cəbhədə mübarizə aparacaq”, - deyə ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az