Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan öz “Facebook” səhifəsində qeyd edib.
O bildirib ki, bunlar əsasən “Şəhidlər ölməzdir”, “Azərbaycan ordusu”, “Ayrılmaz vətən”, “İrəli vətən”, “Ordum varsa, evim var” kimi mesajlardır.
“Sondakı “Ordum varsa, evim var” qeydi kifayət qədər diqqəti cəlb edəndir.
Bu, elə bir şeir başlığıdır ki, orada “Mən düşmənin yuvasını öz əlimlə dağıdacam” kimi istəkli sözlər deyilir.
Bu kimi mesajlar əsasən 2019-cu ilin yazından başlayaraq ortaya çıxıb. Azərbaycan indi nəinki sülh, həmçinin müharibə istəyir və öz cəmiyyətini məhz müharibəyə hazırlayır”, - deyə Hovhannisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az